Karl Marksın qeyri-qanuni oğlu varmış
Yazıçı Meri Qabriel dünyanı sarsıdan fikirləri və kitabları ilə tanınan filosof-iqtisadçı Karl Marksın həyatı haqda yeni kitab yazıb. “Sevgi və Kapital” adlı kitabda filosofun həyatından maraqlı məqamlar əks olunub.
Kitabda Marksın akademik fəaliyyətindən deyil, qəzetlərə verdiyi məqalələrindən cüzi miqdarda qazanc əldə etdiyi deyilir.
Kasıb həyat yaşayan Marksın arvadı Cenni isə aristokrat ailədən olub və filosofla evləndiyinə görə ailəsi onu var-dövlətdən məhrum edib.
İllərlə maddi sıxıntılar çəkən cütlük gözlərini “Kapital” əsərinə tikibmiş. Ancaq Marks əsəri nəşriyyata düz 16 il gec təslim edib və əsərin gəlirini övladları götürə bilib.
Kitabda ən maraqlı məqamlardan biri Marksın arvadını aldatması iddiasıdır. Cenni ailəsindən maddi yardım istəmək üçün xaricə gedəndə filosof onu evin qulluqçusu ilə aldadıb və bu münasibətdən qeyri-qanuni oğlu dünyaya gəlib.
Yazıçının araşdırmalarına görə, Marksın övladlar baxımından bəxti o qədər də gətirməyib. 7 uşağından dördünü itirən Marks 8 yaşında ölən ikinci oğlunun cənazəsində: “Oğlumu mənə geri qaytara bilməzsiniz?!” - deyə ağlayırmış.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər
Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?
15:00
29 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası
14:00
27 iyun 2026
Yetim oğlan - Muxtar Auezovun hekayəsi
10:00
27 iyun 2026
Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi
14:00
26 iyun 2026
Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi
10:00
26 iyun 2026
Maska arxasındakı tənhalıq: Key Seycin sirli əsəri
12:30
25 iyun 2026