"Nənələr" folklor qrupunun üzvünün oğlu Rusiya-Ukrayna müharibəsində öldürüldü

"Nənələr" folklor qrupunun üzvünün oğlu Rusiya-Ukrayna müharibəsində öldürüldü
7 oktyabr 2026
# 12:15

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı lənkəranlı dron hücumu zamanı öldürülüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən ixtisası üzrə döyüşlərə qatılıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını alıb.

Vahab Quliyev, məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.

O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı. Onun nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

# 79 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənninin xatirəsinə muzey açıldı

Tanınmış müğənninin xatirəsinə muzey açıldı

12:30 7 oktyabr 2026
14 yaşlı şagirdlər niyə çantasında bıçaq gəzdirir? - Məktəblərimizin faciəvi vəziyyəti

14 yaşlı şagirdlər niyə çantasında bıçaq gəzdirir? - Məktəblərimizin faciəvi vəziyyəti

12:00 7 oktyabr 2026
Elza Seyidcahanın Rəşid Mahmudova qarşı iddiası üzrə qərar verildi

Elza Seyidcahanın Rəşid Mahmudova qarşı iddiası üzrə qərar verildi

11:45 7 oktyabr 2026
2026-cı ilin ən yaxşı kitabları seçilir:  ABŞ-nin nüfuzlu ədəbiyyat mükafatının qısa siyahısı açıqlandı

2026-cı ilin ən yaxşı kitabları seçilir: ABŞ-nin nüfuzlu ədəbiyyat mükafatının qısa siyahısı açıqlandı

11:30 7 oktyabr 2026
210 kiloqramlıq "Qiyamət kitabı" oğurlandı

210 kiloqramlıq "Qiyamət kitabı" oğurlandı

11:08 7 oktyabr 2026
Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər