Uilyam Şekspirin müəllifliyi uzun müddət müzakirə doğuran "III Eduard" pyesi ilə bağlı yeni araşdırma diqqət çəkib.
Kulis.az xəbər verir ki, dil və üslub xüsusiyyətlərini kompüter vasitəsilə təhlil edən tədqiqatçılar əsərin əsas müəllifinin Şekspir olduğu, dramaturq Kristofer Marlonun isə pyesin ayrı-ayrı hissələrini yazdığı qənaətinə gəliblər.
Araşdırmanın nəticələrinə əsasən, pyesin 23 hissəsi Şekspirə, doqquz hissəsi isə Marlona aid edilir. Bu nəticə iki dramaturqun münasibətlərini yalnız rəqabət üzərindən izah edən ənənəvi yanaşmaya da yeni suallar yaradır. Tədqiqatın Shakespeare Quarterly jurnalında dərc olunması planlaşdırılır.