Səbuhi Rəhimli: “10 korifey sənətkarımız 4 aya öləcək”
15 avqust 2011
06:00
“Qoroskop” qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimlinin Kulis.az-a müsahibəsi
Səbuhi müəllim, astroloji proqnoz necə yaranır? Yəni ulduzlara baxıb proqnoz verirsiniz, yoxsa bunun başqa yolumu var?
Birincisi, dini baxışdan deyim ki, Allah-təala Qurani-Kərimdə buyurub ki, gözünüzə görünən və hətta görünməyən hər şeyi insan üçün yaratmışıq. Yəqin bunu heç kim danmaz. Adı bir misal deyim, Yerin peyki olan Ayın hərəkətinə görə okean sularında qabarmalar olursa, bədəninin 70 faizindən çoxu maye olan insana da bu planetlərin mütləq təsirinin olduğu mübahisə olunmamalıdır. İnsanın ovqatına Ayın hərəkətinin təsiri elmi cəhətdən təsdiq olunub. əgər balaca bir Ayın təsiri varsa, onda Yupiter, Saturn və başqaları da təsir edir demək.
Hər insanın, hər dövlətinin özünün xüsusi astronomik bucağı var. Bir insan haqqında dəqiq proqnoz vermək üçün onun doğum tarixini hətta dəqiqəsinə qədər bilmək lazımdır. Təkcə ayın tarixinə görə proqnoz vermək doğru deyil, bu ümumi xarakter daşıyacaq. Mən ona “Primitiv astrologiya” deyirəm. Qədimdə atalarımız deyib ki, hər dəqiqənin bir hökmü var – bunun astronomiya və astrologiyaya 100 faiz dəxli var. Hər dəqiqədə səma cisimlərinin konkret quruluşu var və o, istər istəməz həmin anda yaradılan hər şeyə - əkilən ağaca, doğulan uşağa, tikilən binaya enerji ötürür. Enerjilər də bir-birlərindən fərqlənirlər. Bu baxımdan hər bir insanın doğulduqdan sonrakı kosmik xəritəsini tərtib etdikdən sonra onun barəsində konkret proqnoz verə bilirik. Yəni onun kosmik sürətini, müəyyən hadisələrə reaksiyasını, hansı situasiyada necə davrana bilər və başqa bu kimi keyfiyyətlərinin bilirik. Tədricən astronomik xəritəni hərəkətə gətirib proqnozlaşdıra bilirik.
Ulduzlara bu günə kimi baxıblar, artıq bütün planetlər və onların hərəkət sxemi məlumdur. Bu sxemə əsasən xəritə hazırlanıb və bu xəritənin əsasında verilən proqnozlar əsasən 80 faiz düz çıxır.
Məsələn, bu ekranda gördüyünüz sxem bu günə olan (12 avqust 2011 – V.Q.) Bakının astroloji proqnozudur. Məsələn bu gün Günəş Şir bürcünün 19-cu dərəcəsindədir. Bu nə deməkdir, bunun açıqlaması var. Ayın Sutökən (Dolça) bürcündə olmasının nə anlamı var? Bütün bunlar bir elmdir. Məsələn, Ay Sutökəndə olanda həmin gün terror hadisələri daha az olur. Dünən və bu gün ay Sutökəndə idi, deməli dünyada terror hadisələri az olmalıdır. Həm də açıq danışıqlar bu günlərdə lap çox olur. Hələ gün təzə başlayıb, yəqin bu proqnozunun nəticəsini axşam xəbərlərində öyrənə biləcəyik...
Belə şey də var – Saturn nefti-qazı, Yupiter isə pulu idarə edir. Onlar neçə vaxtdır ki, bir-birlərinə əks qütbdə dayanıb, ona görə da bu maliyyə problemi meydana gəlib. Bu 2012-ci ildə də bitməyəcək, 2013-cü ilin bəlkə axırlarında bitdi. Çünki onların yaxınlaşması həmin zamanlara təsadüf edir. İndi deyirlər ki, avqustun axırı yeni maliyyə böhranı gəlir. Bəli həmin ərəfədə bu iki planet arasında gərilmə baş verəcək, amma qısa müddətlidir bu: Oktyabrın əvvəlinə qurtarmalıdır. Yəni ciddi qarşıdurma deyil.
İslam Peyğəmbəri gələcəyi proqnoz verməyi qadağan edib...
Tək Peyğəmbərimiz yox, dini kitablar və risalələr öncədən nəyisə deməyi qadağan edir. Amma burda diqqət edilməli məqam odur ki, söhbət gələcəyi deməkdən gedir, proqnozlaşdırmadan getmir. Peyğəmbər Əfəndimizin dövründə də hər hansı müharibəni proqnozlaşdırıblar. Bu qadağan deyil. Hava haqqında proqnozlar, siyasi, iqtisadi proqnozlar verilir, astroloji proqnozlar da onlardan biridir – elmi bir şeydir. Bu günaha gətirən bir şey deyil, çünki fal oxları zad deyil, yenə deyirəm, elmi bir şeydir. Fala və caduya qarşı ən böyük mübarizə aparan elə bizlərik.
Həm də ağı biz deyirik ki, bu gün filankəsdə başağrısı ola bilər; bu o demək deyil ki, mütləq olacaq, bu o deməkdir ki, astroloji düzülüşün təsiri nəticəsində həmin adamın başı ağrıya bilər. Astrologiya hər şeyi demir, insanı robotlaşdırmır. Astrologiya əsasən uğurlu və uğursuz zaman kəsiyini deyir, həmin ərəfədə hansı vəzifələri yerinə yetirməyi tövsiyə edir. Yəni yenə də hər şey insanın özündən asılı olur. Yoxsa, “sən get, mən elə edəcəyəm ki, elə olacaq, belə olacaq” kimi şeylər bu elmdə yoxdur və olması da mümkün deyir.
2011-ci il başlayanda proqnoz vermişdiniz ki, astroloji il fevralın 3-də başlayır və həmin ərəfədən sonra dünyada inqilablar, müharibələr olmayacaq. Amma o qədər oldu ki...
Yox, bu əslində tənzimləyici bir şeydir. Həm də ümumi dünyaya baxanda bu il sakit olub. Əslində qlobal maliyyə böhranı professionalların da bildirdiyi kimi III Dünya Müharibəsi olmalı idi, xırda inqilablarla yola verildisə, bu böyük uğurdur.
Mən 20 proqnoz verəndə bunun 2-3 səhv çıxanda hər zaman üzr istəmişəm. Həm də mən o müsahibəmdə Pələng ilinə nisbətən Pişik ilinin sait olacağımı demişdim. Məsələn, dünya mətbuatı yazmışdı ki, prezidentlərə dəhşətli sui-qəsdlər olacaq, liderlər öləcək, amma mən dedim ki, adətən Pişik ilində belə şeylər olmur. Olmadı da. Əslində bu da doğru deyil, çünki gərək bütün prezidentlərin doğum ilini, saatını, dəqiqəsini bilib sonra araşdırma aparaq, bu mümkün deyil, mən deyə bilmərəm
.
Amma Azərbaycan siyasətçilərindən danışanda əlimdə üzdə olanların doğum tarixi olduğu üçün tez bir zamanda proqnoz verə bilirəm. Bu məlumatlar olmasa dəqiq proqnoz vermək olmaz: bu falçılıq olar. Yəni mən ilin xarakteri açmışam, başqa heç nə deməmişəm...
İndiki cavabınızdan maraqlı bir məqam ortaya çıxdı – bir az əvvəl astroloji düzülüşə görə proqnoz verdiyinizi bildirsəniz də, indi konkret olaraq illərin təcrübəsinə arxalanıb “Pişik ilində adətən belə olmur” dediniz...
Yox, bu mənim proqnozum deyil. Mənim illə bağlı 20 proqnozum var, onu sizə verə bilərəm. Ona qalsa I Dünya Müharibəsi də Pişik ilində olub. Yəni mən əsasən öz verdiyim illik 20 proqnoza əsaslanıram.
Həm də sizə bir faktı da deyim, mən proqnozlarını ancaq mətbuat üçün hazırlayıram, konkret fərdlər barədə proqnoz vermirəm.
Sizdən başqa da proqnoz verələr var...
Məndən başqa Firudin Qurbansoydur proqnoz verən...
Bəzən proqnozlarınız tam fərqli olur...
Məsələn?
Əzbərləməmişəm, amma rastıma çıxıb...
Mən proqnozlarımı “Yeni Müsavat”a verirəm, Firudin Qurbansoy da başqa bir qəzetə. Dünya astroloqları qəzetə yazılan proqnozları Ayın hərəkətinə uyğun deyillər, mən çətində olsa, bura Günəşi də qata bilmişəm. Bu səbəbdən fərq yox, əlavələr ola bilər, yaxud da bir maliyyə və sevgidən yazmışam, o isə sağlamlıq və fəaliyyətdən yazıb. Yəni fərq belə ola bilər, ziddiyyət olmaz.
Heç bilərəkdən yalan və yaxud səhv məlumat vermisiniz?
Yox, olmayıb. Amma olur ki, ilin proqnozunda kütləvi qırğın görsənmir. Onda yazırıq ki, kütləvi tələfatla nəticələnən zəlzələ, terror və s. şeylər olmayacaq. Bu konteksdən meydana gəlir. Amma yalan demirik. Bilib demədiyimiz şeylər olub və ola bilər, amma qəsdən yalan demək, ola bilməz. Hətta məni yüksək maaşla televiziyaya çağırıblar ki, deyin Qarabağ münaqişəsi bu il bizim xeyrimizə həll olunacaq, mən bunu etməmişəm. Çünki bilirəm ki, olmayacaq. 2001-ci ildə demişdim ki, 2011-ci ilin sonuna qədər Qarabağla bağlı irəliləyiş olmayacaq, hələ tezdir amma, əfsus ki, bu proqnozum da düz çıxıb. 2012-ci ildən sonra münaqişə ilə bağlı hansısa hərəkətlənmə olacaq, amma həlli hələ uzun sürəcək. Lakin ümumu nəticədə isə problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq.
Səbuhi Rəhimlinin 2011-ci ilə olan proqnozunu Kulis.az-la paylaşdı.
1. Qarabağla bağlı yeni siyasi durum yaranacaq. Amma il ərzində hər hansı döyüş əməliyyatları baş verməyəcək.
2. Ölkəmizdə kütləvi tələfatla nəticələnə biləcək heç bir təbii fəlakət baş verməyəcək.
3. Azərbaycanda siyasi gərginlik ili olsa da, qanlı qarşıdurmalar baş verməyəcək.
4. Azərbaycan iqtidarında hakimiyyətdaxili müxalifət yaranacaq.
5. Azərbaycan Milli Məclisində azı iki millət vəkili yenisi ilə əvəz olunacaq.
6. 2011 Azərbaycan müxalifətində yenidənqurma ili kimi yadda qalacaq.
7. Azərbaycan diplomatiyası erməni diplomatiyasını xeyli üstələyəcək.
8. Ermənistanda Azərbaycana meylli qüvvələr baş qaldıracaq.
9. Ötən illə müqayisədə ölkəmizdə yol qəzalarının sayı xeyli azalacaq.
10. Azərbaycan siyasətində Rusiya diktəsi daha çox rol oynayacaq.
11. Korifey sənətkarlar arasında 10-a yaxın itki olacaq.
12. Telekanallarda yeni ab-hava yaranacaq, daha sağlam layihələr meydana çıxacaq.
13. Azərbaycan incəsənətində, xüsusilə kinomatoqrafiya sahəsində və fərdi yaradıcılıqda böyük uğurlara start veriləcək.
14. Şou-biznesimizdə populyar olan sənətçilərin bir çoxu hüquqi müstəvidə cəzalandırılacaqlar.
15. Beynəlxalq siyasətə yeni liderlər gələcək.
16. dünya ölkələrində xalq qiyamı və vətəndaş müharibələrinin sayı artacaq.
17. Asiya və Amerikada təbii fəlakətlər daha çox insan həyatına son qoyacaq.
18. İrana qarşı heç bir hərbi müdaxilə olmayacaq, amma dəfələrlə çevriliş cəhdləri olacaq
19. İlin ikinci yarısından beynəlxalq maliyyə böhranı tədricən səngiməyə başlayacaq.
20. PKK-nin məğlubiyyət seriyası daha da sürətlə davam edəcək.
Vüqar QURDQANLI

3468 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024