“Xocalı ayı”: Axı hələ qisas qalır... – Arif İsmayılov

“Xocalı ayı”:  Axı hələ qisas qalır... – Arif İsmayılov
7 fevral 2022
# 10:32

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Arif İsmayılovun “Axı hələ qisas qalır” şeirini təqdim edir.

Ana Vətəni oğluna əmanət etdi,

“Vətənə bir şey olarsa, əsla evə dönmə” – dedi.

Oğulsa...

Dönsə əmanətə sahib çıxa bilməyəcəyini anlayınca...

Şəhid oldu...

Vaz keçdi evə dönməkdən...

Dəmir yolu vağzalında qoca ana

Oğlunu cəbhəyə yola salarkən ona:

“Oğlum, babanı 1918-ci ildə, atanı Xocalıda,

qardaşlarını 20 yanvarda itirdim..

sən mənim son ümidimsən...

sən də dönməzsən, mən Allaha əmanət” – dedi,

və əlavə etdi...

“get, get...

körpələr atasız, torpaq sahibsiz qalacaqsa,

sən də get!

Körpə, torpaq, vətən kimə əmanət?

“Vətənə bir şey olarsa, əsla evə dönmə” – dedi.

Cəbhədə qanlar içində son anlarını yaşarkən,

Bədəninnən qanlı gülləni çıxarıb,

“qardaşım, bunu al, anama əmanət et,

yaşadığım müddətdə sözümü tutdum,

inandığım dəyərlər uğrunda can verirəm..

bu müqəddəs güllə anama əmanət!” – söylədi,

və...şəhadətə yüksəldi...

vaz keçdi evə dönməkdən...

vaz keçdi arzularından, xəyallarından...

Tanrı yanında ən uca zirvəyə yüksəldi...

Ana şəhid məzarı üstdə...

əlində müqəddəs güllə, gözlərində qanlı yaşlar...

bir səs ona:

“ana?”

“aldınmı göndərdiyim əmanəti, ana?”

ağlama, ana...

gözümün ağı qarası, ağbirçək anam,

tökmə göz yaşlarını, ağlama anam,

axı bu birinci göz yaşları deyil...

bir xatırla...

1918-ci ildəki göz yaşları, ana...

qaraya bürünmüş Xocalıdakı yaşlar, ana...

20 yanvardakı qanlı yaşlar, ana...

axı bu sonuncu göz yaşları da deyil...

Ruhumun vəhdəti anam...

Bir ricam var anam səndən,

Başını dik tut məzarım önündə,

Axı ruhumun sənlə vəhdət olduğu gün

Axı müqəddəs güllənin məni tapdığı gün

Şan və şərəf günüdür...

və...

ağlayarkən köksünlə məzarımı örtmə, anacan!

axı düşmənimi görə bilmirəm...

axı hələ qisas qalır...

axı hələ qisas qalır...

Son

03.02.2022

# 2409 dəfə oxunub

Oxşar xəbərlər

Yaddaşına yaxşı bax, unutduğun yerdәyәm... - Məmməd İsmayılın şeirləri

Yaddaşına yaxşı bax, unutduğun yerdәyәm... - Məmməd İsmayılın şeirləri

16:58 19 avqust 2025
Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri

Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri

11:30 15 avqust 2025
"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

16:45 12 avqust 2025
Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... - Ülviyyə Lalənin şeirləri

Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... - Ülviyyə Lalənin şeirləri

17:00 28 iyul 2025
Güllələr demədi geri qayıdın – Günün şeiri

Güllələr demədi geri qayıdın – Günün şeiri

11:30 14 iyul 2025
Mənə tutmadığın toy unudulsun - Vüsal Yurdoğlunun şeirləri

Mənə tutmadığın toy unudulsun - Vüsal Yurdoğlunun şeirləri

18:36 11 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər