Quşlar qəfəsdə darıxır, güllər dibçəkdə... - Tərlanə Yaqubqızının şeirləri

Quşlar qəfəsdə darıxır, güllər dibçəkdə... - Tərlanə Yaqubqızının şeirləri
2 oktyabr 2024
# 17:30

Kulis.az Tərlanə Yaqubqızının şeirlərini təqdim edir.

Ürəyimdən vurdular

Günahımı bilmədim,
Elə məni vurdular.
Yaralıydım, ölmədim,
Yenə tələ qurdular.

Dərd üstündən gəlir dərd,
Hücuma keçir namərd.
Salıb boynuma kəmənd
Ürəyimdən vurdular.

Yoxdur bir ümid verən.
Az qalıb olum vərəm.
Yanımda heçdir Kərəm,
Külümü sovurdular.

Yeddi oğul

Yeddi igid oğul var bir lövhədən boylanan,
Bir məktəbdə oxuyub, boya- başa yetmişlər.
Düşmən ana Vətənə hücum etdiyi zaman
Yeddi oğul könüllü əsgərliyə getmişlər.

Stadionda, həyətdə, sinif otaqlarında
Onların şən gülüşü, səsi qalıb bəlkə də.
Neçə illər keçsə də bu məktəb yollarında
Onların ayağının izi qalıb bəlkə də.

Dərs qurtarır, hamını yola salır gözləri,
Amma bu yeddi oğul evinə gedə bilmir.
Doğma torpaq uğrunda şəhid olub özləri,
İndi doğma məktəbə ruhları keşik çəkir.

Gözəl insanlar

Zülmətdə günəş tək işıq saçırsız,
Qəmli günlərimdə könül açırsız.
Mənim qardaşlarım, bacılarımsız,
Ey gözəl insanlar, gözəl insanlar.

Paxıllar, xainlər, ikiüzlülər
Nə bir utandılar, nə bir bezdilər.
Durub qəsdinizə, sizi üzdülər,
Ey gözəl insanlar, gözəl insanlar.

Sizlərə hər zaman qaynadı qanım,
Şad oldu ürəyim, isindi canım.
Sizinlə gözəldir Azərbaycanım!
Ey gözəl insanlar, gözəl insanlar.

Arzular

Quşlar qəfəsdə darıxır,
Güllər dibçəkdə.
İnsanlar vurnuxur
Arzusu ürəkdə.
Buraxın quşları havaya,
Gülləri bağa.
Amma arzular
Nə olar,
Düşməsin torpağa...

# 2869 dəfə oxunub

Oxşar xəbərlər

Eşqimin təbəssümü idi o gecəki göz yaşı - Əhməd Şamlının şeirləri

Eşqimin təbəssümü idi o gecəki göz yaşı - Əhməd Şamlının şeirləri

15:00 23 iyul 2026
"Xoşuma gəlmir pişiklərin sevmədiyi adam olmaq..." - Sevinc Elsevərin yeni şeirləri

"Xoşuma gəlmir pişiklərin sevmədiyi adam olmaq..." - Sevinc Elsevərin yeni şeirləri

15:00 22 iyul 2026
Mən qurd kimi gəmirərdim bürokratizmi - Günün şeiri

Mən qurd kimi gəmirərdim bürokratizmi - Günün şeiri

12:07 19 iyul 2026
Gözəllər yanımda xəzələ döndü - Hüseyn Cavid

Gözəllər yanımda xəzələ döndü - Hüseyn Cavid

18:40 17 iyul 2026
Sеvgilim, dayanma, sahilə gəl - Mikayıl Müşfiq

Sеvgilim, dayanma, sahilə gəl - Mikayıl Müşfiq

18:40 16 iyul 2026
Sevgilim, qolunu boynuma dola! – Günün şeiri

Sevgilim, qolunu boynuma dola! – Günün şeiri

18:28 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər