Yunanıstan Bizans İmperiyasına qarşı mübarizə aparmış birinci Bolqar çarlığının son hökmdarlarından olan Çar Samuelə aid sümükləri Bolqarıstana təhvil vermək barədə razılıq əldə edib.
Kulis.az xəbər verir ki, Bolqarıstan Prezidenti Rumen Radev Sofiya ilə Afina arasında altı ildən çox davam edən danışıqların ardınca imzalanan bu müqaviləni "tarixi razılaşma" adlandırıb.
Qalıqlar 1960-cı illərdə yunan arxeoloq Nikolaos Mucopulos tərəfindən Kiçik Prespa gölündəki Müqəddəs Axilles bazilikasında aparılan qazıntılar zamanı tapılıb və bu günədək Yunanıstanın Saloniki şəhərində saxlanılırdı.
Oktyabrın 3-də Salonikidə keçiriləcək rəsmi təhvil-təslim mərasimindən sonra sümüklər hərbi təyyarə ilə Sofiyaya gətiriləcək və Müqəddəs Sofiya kilsəsində basdırılacaq.
Qarşılıqlı mədəni irs mübadiləsi çərçivəsində Yunanıstan, həmçinin Samuelin oğlu Qavril Radomirə aid olduğu düşünülən iki daş qəbri Bolqarıstana verəcək.
Əvəzində isə Bolqarıstan Birinci Dünya müharibəsi zamanı ələ keçirilən və hazırda Sofiya Milli Tarix Muzeyində saxlanılan 48 tarixi və dini eksponatı Yunanıstana qaytaracaq.
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq
Oxşar xəbərlər
Rəssam Əkrəm Tağıyev vəfat etdi
12:45
30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq
12:20
30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb
11:00
30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər
10:45
30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı
10:25
30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi
10:11
30 sentyabr 2026