“Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert

“Sənət inciləri”  layihəsi üzrə növbəti mühazirə-konsert
23 sentyabr 2025
# 15:13

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı müxtəlif tədbirlərlə davam edir.

Kulis.az xəbər verir ki, festival çərçivəsində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunan “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert sentyabrın 22-də Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev, təhsil ocağının professor-müəllim və tələbə heyəti iştirak edib.

BDU-nun prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əliş Ağamirzəyev və MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov bu il 17-ci dəfə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrildiyini bildiriblər. Qeyd olunub ki, dahi bəstəkar Üzeyir Hacıbəyli bir-birindən qiymətli musiqi və səhnə əsərləri ilə yanaşı, şifahi ənənəli nümunələrin nota köçürülməsi və Azərbaycan peşəkar musiqisinin geniş xalq kütlələri arasında və beynəlxalq arenada təbliğinə də misilsiz töhfələr verib.
Çıxışlardan sonra Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundovanın “Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında rolu” mövzusunda mühazirəsi dinlənilib.

MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderator olduğu tədbirdə Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova), Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (bədii rəhbər: Xalq artisti Yusif Qasımov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin iştirakı ilə maraqlı bədii proqram təqdim olunub. Gənclərin ifasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin (1885-1937) bir-birindən dəyərli musiqi əsərləri və rəqs kompozisiyaları tamaşaçıların könlünü oxşayıb, alqışlarla qarşılanıb.

Silsilənin sonuncu mühazirə-konserti sentyabrın 24-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil ediləcək.

# 1919 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər