Sabahın gəlməsini arzulamağa nə haqqım var? - Alen-Furnyenin "Adsız ölkə"sindən

Sabahın gəlməsini arzulamağa nə haqqım var?  - Alen-Furnyenin  "Adsız ölkə"sindən
22 sentyabr 2026
# 13:30

Bu gün fransız yazıçı Alen- Furnyenin anım günüdür.

Kulis.az onun məşhur "Adsız ölkə" əsərindən müəyyən hissələri təqdim edir.

Bu axşam - aradan qaldırmağa çalışdığım bu axşam mənim üçün qəribə bir yükdür. Zaman irəlilədikcə, gün tezliklə bitəcək və mən artıq onun tez ötüb-keçməsini istədikcə, elə insanlar var ki, bütün ümidlərini, bütün sevgilərini və son səylərini ona bağlayıblar. Ölən insanlar var, yaxud sabahın heç açılmamasını arzulayan, ödənməli borcun vaxtını gözləyənlər var. Elə adamlar da var ki, onlar üçün gün sancı, sıxıntı kimi, vicdan əzabı kimi açılacaq; başqaları isə yorulub, gecə onların ehtiyac duyduğu istirahəti vermək üçün heç vaxt kifayət qədər uzun olmayacaq. Və mən - gününü hədər edən mən — sabahın gəlməsini arzulamağa nə haqqım var?

***

Həftələr, aylar keçdi. Mən uzaq bir zamandan - məhv olmuş bir xoşbəxtlikdən danışıram. Mənim payıma elə düşdü ki, yoldaşım qaçıb getdiyi üçün, yeniyetməlik dövrümüzün pərisi, şahzadəsi, sirli eşq röyası olan birini tapdığım sözlərlə təskinlik verim, dostluq edim. O dövr haqqında... nə deyə bilərəm? O zamandan tək bir surət saxlamışam və o da artıq solmaqdadır: incəlmiş gözəl bir üz və mənə baxarkən qapaqları yavaş-yavaş süzülən iki göz, sanki onun baxışları daxili aləmindən başqa heç bir şeyə toxuna bilmirmiş kimi.

***

Əgər getməli olduğunu hiss edirsənsə, əgər yanına heç bir şeyin səni xoşbəxt edə bilməyəcəyi bir vaxtda gəlmişəmsə, onda mən səndən xahiş edirəm ki, get...

***

Nə haqqım var ki, bu günü hədər verəndən sonra sabaha iddia irəli sürüm?

***

Əksəriyyətin xoşbəxtlik hesab etdiyi şey mənə alçaq görünürdü. Və mən qəsdən, səmimiyyətlə digərləri kimi yaşamağa çalışanda, çox uzun müddətə bəs edəcək qədər vicdan əzabı yığdım.

***

Otağını səliqəyə salandan bəri rahatlaşmış oğlan özünü mükəmməl xoşbəxt hiss edirdi. O, naməlum bir dünyanın ortasında, seçdiyi otaqda sirli və qəribə biri kimi orada idi.

***

Analar, axşamlar övladlarınızın göz yaşları, kədərləri və ehtirasları haqqında düşünürsünüzmü?

***

...Köhnə karetanın içində yeniyetməliyimin elə indicə əbədi olaraq yoxa çıxdığı hiss ilə baş-başa qalmışdım...

***

O, dayanmadan yeriyir, dayanır və xatirələr axtaran bir adam kimi yenidən tez addımlarla yola düşürdü; o xatirələri çeşidləyir, onlara meydan oxuyur və müqayisə edir, üzərində düşünür, tapdığını güman edir, amma sap qırılan kimi axtarış yenidən başlayırdı...

***

Köhnə Berlin — sirli şənliyin son nişanı çınqıllı yoldan ayrıldı və səssizcə ot basmış cığırla çölə doğru yellənə-yellənə uzaqlaşdı. Çəpərin o tayında sürücünün yuxarı-aşağı yellənən papaqdan başqa heç nəyi görünmürdü.

***

Arzulanan ölkələrə olan bu qaçışların açarını axtarıram və bəlkə də, sonda bu, ölümdür...

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 66 dəfə oxunub

Oxşar xəbərlər

Alim Qasımova “ilah” libası geyindirən cəmiyyət... - Bu həngamənin səbəbi nədir?

Alim Qasımova “ilah” libası geyindirən cəmiyyət... - Bu həngamənin səbəbi nədir?

13:00 22 sentyabr 2026
"Tanrı hər ürəyə nəcib bir şey qoyub..." - Tanınmış psixoanalitikdən sitatlar

"Tanrı hər ürəyə nəcib bir şey qoyub..." - Tanınmış psixoanalitikdən sitatlar

12:30 22 sentyabr 2026
“Segah İslam” necə əfsanəyə çevrildi? - Qarabağın məşhur xanəndəsinin hekayəsi

“Segah İslam” necə əfsanəyə çevrildi? - Qarabağın məşhur xanəndəsinin hekayəsi

12:00 22 sentyabr 2026
Yeni müasir incəsənət muzeyi fəaliyyətə başladı

Yeni müasir incəsənət muzeyi fəaliyyətə başladı

11:30 22 sentyabr 2026
Ən qədim yazılı sülh sazişi kitabəsi tapıldı

Ən qədim yazılı sülh sazişi kitabəsi tapıldı

10:45 22 sentyabr 2026
Jurnalistləri qovan Tramp öz televiziya kanalını açdı

Jurnalistləri qovan Tramp öz televiziya kanalını açdı

10:35 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər