Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettası yeni quruluşda təqdim ediləcək.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının mətbuat xidmətindən "Kulis"ə verilən məlumata görə, səhnə əsəri bu il – dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 140 illiyi münasibətilə hazırlanır və Naxçıvan Dövlət Filarmoniyası ilə birgə səhnələşdiriləcək.
Qeyd edək ki, iyunda təqdim olunacaq tamaşanın quruluşçu rejissoru, teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərovdur.