"Düyməciy"in premyerası olacaq

"Düyməciy"in premyerası olacaq
9 aprel 2025
# 14:30

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Düyməcik" tamaşasının məşqləri bitmək üzrədir.

Teatrın mətbuat katibindən Kulis.az-a verilən məlumata görə aprelin 19-da premyerası nəzərdə tutulan tamaşa danimarkalı yazıçı Xristian Andersonun eyniadlı əsəri əsasında hazırlanır.

Ayla Osmanovanın quruluşunda hazırlanan səhnə əsərinin quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

"Düyməcik"də rolları Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gelbəniz Lətifova ifa edirlər.

Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağılı insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.

# 2944 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

10:40 19 sentyabr 2026
Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

16:30 16 sentyabr 2026
“Balaca səyyah”  tamaşasının məşqləri davam edir

“Balaca səyyah” tamaşasının məşqləri davam edir

14:30 16 sentyabr 2026
“Pullu komediya” tamaşasının məşqləri davam edir

“Pullu komediya” tamaşasının məşqləri davam edir

11:30 15 sentyabr 2026
Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

11:00 14 sentyabr 2026
Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

12:40 9 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər