"Düyməcik" tamaşasının premyerası keçirildi

"Düyməcik"  tamaşasının premyerası keçirildi
21 aprel 2025
# 11:11

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında danimarkalı yazıçı Hans Xristian Andersenun 220 illiyinə həsr olunan “Düyməcik” tamaşasının premyerası baş tutub.

Kulis.az xəbər verir ki, yazıçının eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

"Düyməcik"də rolları Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gülbəniz Lətifova ifa edirlər.

Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağılı insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.

# 2362 dəfə oxunub

Oxşar xəbərlər

Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

10:40 13 may 2026
Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

16:11 12 may 2026
"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

11:23 12 may 2026
Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

14:47 7 may 2026
“Şekspir”  Bakı səhnəsində

“Şekspir” Bakı səhnəsində

16:32 6 may 2026
Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

15:13 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər