"Kem bula ul Homay " - Kimdir bu Humay

"Kem bula ul Homay " - Kimdir bu Humay
19 aprel 2025
# 14:45

Kulis.az Zaur Əliyevin "Homay" mahnısı ilə bağlı yazısını təqdim edir.

Son günlərdə "Ay Yola" başqırd qrupunun "Homay" mahnısı sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb.
Azərbaycan xalqının mifik təfəkküründə qadın ilahələri içərisində müsbət ilahə kimi Umay və ya Humay Ana obrazı var. Orxon-Yenisey kitabələrində adı “yer-su və Umay xatun” şəklində adı qeyd edilən bu yaradıcı güc haqqında Kaşqarlı Mahmudun əsərində belə deyilir:

“Qadınlar Umay ilə doğurarlar. Umay tapılarsa oğlan olur”.

Moğol inanclarında Uma olaraq adlanan bu ruh, Azərbaycan divan ədəbiyyatında “Humay” şəklini alıb.

Bütün Türk xalqları kimi Azərbaycan xalqının da inanc sistemində Humay doğurqanlığın, bərəkətin və insan taleyinin simvoludur.

Humay Ana Türk xalqlarının islam və xristianlıq dinlərini qəbul etməsi nəticəsində bu rəmzlər xalq yaddaşından silinməmişdir.

İnanclara görə Humay Ana körpələri, ailəni, xəstələri, şəhid döyüşçülərin ruhlarını himayə edir.

Türk mifologiyasına görə, xanımların rəqs zamanı qolları çiyindən yuxarı qalxmamaq şərti ilə etdilləri rəqslər Humay Ananın rəmzi olan qu quşunun yerişini xatırladır.
Köhnə türk adət-ənənəsinə görə, Humay Ana qıza və ya qadına sataşan hər kəsin gözləri çəkilər və kor olar tapşırığını verib. Ona inananlara görə qadına hücum edən istənilən “Təcavüzkar” öldürülməli idi.

Türk qadınlarının özlərini qorumaq hüququ var idi. Bundan əlavə, türk qızının şərəf və ləyaqəti dövləti idarə edən xaqan tərəfindən adət/qanunla qorunurdu.
Ona görə də heç kim türk qızlarına, qadınlarına pislik edə bilməzdi.

Əgər Çingiz xanın və Teymurun zamanında Balkanlardan Çin səddinə bir qadın tək getsəydi, heç kim ona laqeyd baxmazdı. Belə sərt qanunlar var idi və qadınlar toxunulmaz idi, çünki Humay Ana belə istəyib!

Humay Ana adı Göytürk kitabələrindən biri olan Tonyukuk yazısında qeyd olunur. VIII əsrdə Göktürk əlifbası ilə yazılmış yazının 38-ci sətirində Umay Ananın adı bu sözlərlə çəkilir;
"Gələnlər çətin olduğunu dedilər, amma hiss etmədilər. Deyəsən Allah Umay, Müqəddəs məkan və Su kömək etdi. Niyə qaçırıq?"
Humay Ana obrazına inamın gücündən gələrək Azərbaycan türklərində qadınlarla bağlı andlar da yaranıb:

1. Azərbaycanda qadının saçı namus hesab edilirdi. Qadın saçı üzərinə and içmək, düşmənə “saçlarıma bağışla” deyərək onu mərhəmətə çağırmaq belə inanclardan idi.

2. Qadının örpəyi də saçı qədər müqəddəs hesab edilirdi. Qan davalı olan iki tayfa arasında sülhün təmini zamanı elin ağbirçək qadınlarının örpəklərini yerə sərməsi düşmənçiliyin qarşısını alırdı.

3. Qapıda dayanan qadının düşmənin evə girməsinin qarşısının alınması mənasına gəlirdi.
Buna görə də belə bir deyim yaranıb: “Qadını öz inanclarında əbədiləşdirən türk cəmiyyətdə qadın dəyərlərinin aliliyi öz əksini tapmışdır”

# 2666 dəfə oxunub

Oxşar xəbərlər

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

17:00 24 iyul 2026
Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

15:46 24 iyul 2026
“Space TV”nin bank hesablarına həbs qoyuldu

“Space TV”nin bank hesablarına həbs qoyuldu

14:46 24 iyul 2026
Fatih Altaylı və Hazal  Kaya ifadəyə çağırıldı

Fatih Altaylı və Hazal Kaya ifadəyə çağırıldı

14:30 24 iyul 2026
“Kamal Abdulla və postmodernizm”  kitabı ingilis dilində çap olundu

“Kamal Abdulla və postmodernizm” kitabı ingilis dilində çap olundu

14:00 24 iyul 2026
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

13:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər