Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçildi

Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının  fəxri professoru seçildi
18 mart 2026
# 13:12

Azərbaycanlı yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib.

Kulis.az xəbər verir ki, alim eyni zamanda beynəlxaq qızıl ulduz medalı ilə təltif olunub.

O, bu təltiflərə elm, təhsil, ədəbiyyat və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Qeyd edək ki, Natəvan Dəmirçioğlu “Üç nöqtə”, “Səbət”, “Yetim” povestlərinin, “Bir ovuc torpaq”, “Avey əfsanəsi” , “Dözüm”, “Kəlağayı” hekayələrinin, Birinci Qarabağ savaşına, 44 günlük Vətən müharibəsinə və Zəfərimizə həsr olunan “Açar” romanının müəllifidir.

Əsərləri ingilis, rus, fars, özbək, tatar dillərinə tərcümə olunub, Türkiyə türkcəsinə uyğunlaşdırılıb.

Qeyd edək ki, kitabları və əsərləri Moskva, Ankara, İstanbul, Tehran, Daşkənd, Kazan və digər şəhərlərdə yayımlanıb.

# 1433 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər