Leonardo da Vinçinin 530 illik tunelləri kəşf edilib

Leonardo da Vinçinin 530 illik tunelləri kəşf edilib
13 fevral 2025
# 09:43

Sirli-sehrli Leonardo da Vinçinin, təxminən, 530 il əvvəl çəkdiyi sirli tunellərin yeri məlum olub.

İtaliyalı rəssam, memar, ixtiraçı, anatomist, musiqiçi və daha çox... 15-ci əsrdə yaşamış və dünyanın ən böyük dahilərindən biri hesab edilən Leonardo da Vinçinin saysız-hesabsız açılmamış sirləri var... Amma bu dəfə tədqiqatçılar, nəhayət ki, məşhur dahi şəxsiyyətin maraqlı rəsmlərindən birinin arxasındakı həqiqəti üzə çıxarıblar.

Kulis.az xəbər verir ki, Milanda Sforza qalasının altında Da Vinçinin 1495-ci ildə çəkdiyi sirli tunellər aşkar edilib.
13-cü əsrə aid qalanın altında niyə belə gizli keçidlərin tikildiyi dəqiq bilinmir, lakin mütəxəssislərin fikrincə, ərazidə daha çox tunelin aşkar olunacağı ehtimalı yüksəkdir.

Milan Politexnik Universitetinin tədqiqatçıları qalanın işçiləri və mühəndislik şirkəti Codevintec İtaliana ilə birlikdə bütün Sforza qəsrini rəqəmsal skan etmək üçün yeni bir üsul hazırlayıblar.

Lazer, GPS və yerə nüfuz edən radar sistemləri ilə aparılan təhlillər nəticəsində tunellərin Da Vinçinin rəsmləri ilə demək olar ki, tam uyğunlaşdığı görülüb.

"İndiki Sforza qalası ilkin ölçüsünün yalnız altıda bir hissəsidir. Bu, şəhərin altında hələ də çoxlu kəşf edilməmiş xarabalıqların ola biləcəyini göstərir", - tədqiqatın rəhbərlərindən biri Francesco Biolo deyib.

# 2581 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər