İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq
30 sentyabr 2026
# 12:20

Tanınmış ingilis rəssamı Uilyam Tyornerin 1836-cı ilə aid "Aventin təpəsindən Romanın mənzərəsi" adlı məşhur tablosu dekabr ayında keçiriləcək hərracdan əvvəl ilk dəfə Romadakı "Palazzo Rondinini" sarayında sənətsevərlərə təqdim edilib.

Kulis.az xəbər verir ki, əsərin təşkil olunacaq hərracda təxminən 50 milyon funt-sterlinqə (58 milyon avro) satılacağı və yeni rekord vuracağı gözlənilir.

Tarix boyunca cəmi iki dəfə əl dəyişdirən bu tablo yaxşı qorunub saxlanılıb.

Əsərin üzərində heç bir bərpa və ya təmizləmə işi aparılmayıb, hətta rəssamın fırçasının tükləri və barmaq izləri də orijinal halında qalmaqdadır.

Rəssamın sulu boya texnikasını yağlı boyaya tətbiq edərək yaratdığı bu işıq və atmosfer effekti daha sonra Klod Mone və Mark Rotko kimi sənətkarlara da dərin təsir göstərib.

Qeyd edək ki, Roma sərgisindən sonra sənət əsəri Honq Konq və Nyu-Yorkda nümayiş olunacaq, ardından Londonda hərraca çıxarılacaq.

# 30 dəfə oxunub

Oxşar xəbərlər

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi

10:11 30 sentyabr 2026
Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər