Conni Depp şəxsi həyatı və gələcək planları haqqında danışdı

Conni Depp  şəxsi həyatı və gələcək planları haqqında danışdı
17 noyabr 2026
# 16:04

8 illik fasilədən sonra böyük studiya layihəsi olan "Ebenezer" filmi ilə ekranlara qayıdan məşhur aktyor Conni Depp "The Wall Street Journal"a verdiyi müsahibədə şəxsi həyatı və gələcək planları barədə danışıb.

Kulis.az xəbər verir ki, 63 yaşlı aktyor ABŞ-yə qayıtmaq fikrində olmadığını, vaxtının böyük hissəsini 2004-cü ildə təxminən 3,6 milyon dollara aldığı şəxsi adasında keçirdiyini deyib.

Depp dəbdəbəli malikanələr əvəzinə 1940-cı illərdən qalma taxta evdə və rəsm studiyasında sadə həyat sürdüyünü, günlərini kitab oxumaq, rəsm çəkmək və gitara çalmaqla keçirdiyini vurğulayıb.

Rejissor Ti Vestin lentə aldığı "Ebenezer" filmi 13 noyabrda nümayişə girərək ilk həftəsində ABŞ kassalarında 19 milyon dollara yaxın gəlirlə zirvəyə yüksəlib.

Qeyd edək ki, aktyorun 2027-ci il təqvimində isə Penelopa Kruz ilə baş rolları paylaşdığı "Day Drinker" trilleri yer alır.

# 50 dəfə oxunub

Oxşar xəbərlər

"Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri

"Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri

15:49 17 noyabr 2026
Pakistan mətbuatı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanından yazır

Pakistan mətbuatı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanından yazır

15:24 17 noyabr 2026
"Bir zamanlar Hollivudda"nın davam filmində Leonardo DiKaprio olmayacaq - Səbəb

"Bir zamanlar Hollivudda"nın davam filmində Leonardo DiKaprio olmayacaq - Səbəb

15:11 17 noyabr 2026
80 il sonra tapılan fotolar - Pilbara tətilinin görünməyən tarixçəsi

80 il sonra tapılan fotolar - Pilbara tətilinin görünməyən tarixçəsi

14:36 17 noyabr 2026
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı

Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı

14:26 17 noyabr 2026
Van Qoqun 180 milyon dollarlıq tablosu satışdan çıxarıla bilər

Van Qoqun 180 milyon dollarlıq tablosu satışdan çıxarıla bilər

13:57 17 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər