Biz niyə yəhudilər kimi ola bilmirik? - Yalçın İslamzadə

Biz niyə yəhudilər kimi ola bilmirik? - Yalçın İslamzadə
24 iyun 2025
# 10:49

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Yəhudilərə dair geniş yayılmış bəzi stereotiplər var. Bu stereotiplər xalq arasındakı dedi-qodular, anektodlar, hətta incəsənət vasitəsilə geniş yayılır. Məsələn, Şekspirin "Venesiya taciri" pyesindəki Şeylok obrazı acgöz yəhudi sələmçidir. Baxmayaraq ki, 16-cı əsrdə Avropada yəhudi sələmçilərin olduğuna dair mənbələrdə məlumat yoxdur.

O da bilinir ki, yəhudilər İsrail dövlətinin qurulması və yəhudi gənclərin təhsil almağı üçün milyonlarla vəsait xərcləməyi özlərinə borc bilirlər. Məsələn, keçən əsrin ən məhsuldar riyaziyyatçısı sayılan yəhudi-macar riyaziyyatçı Paul Erdos (bir riyaziyyatçının elmi işləri ilə Erdosun elmi işləri arasındakı "məsafəni" ölçmək üçün "Erdos ədədi" terminindən istifadə olunur), aylıq xərcini 700 dollarla məhdudlaşdırıb aldığı mükafatları israilli gənclərin təhsili üçün xərcləyib.

Digər stereotip isə yəhudilərin genetik zəkasıdır. Yəhudi əsilli alimlərin elm səhnəsinə çıxmaları 20-ci əsrdə baş verib (Eynşteyn, Von Nyumann, Feynman, Pauli vs.). Bu isə genetika ilə yox, mədəniyyətlə bağlıdır. Freydin ailəsi çoxuşaqlı, kasıb ailə olub. Evdəki yeganə neft lampasını gənc Freyd istifadə edib, dərs oxuyurmuş. Bütöv ailə, "Bu (Freyd) bir gün böyük alim olacaq" deyə qaranlıqda otururmuşlar.
Yəhudi alimlərin (məs. Karl Saqan) bioqrafiyalarında ailələri tərəfindən dəstəklənmələrinə dair çoxsayda misallar var.

İsrail kəşfiyyat terminologiyasında "sayanim" (köməkçi) termini var. Sayanimlər başqa ölkədə yaşayan (yəhudi diasporası) və malik olduqları imkanları İsrailin mümkün əməliyyatı zamanı təmənnasız onların istifadəsinə verən könüllülərdir.

İsraillilər heç vaxt komfort zonasına düşmədilər, daima təhlükələrlə dolu bir dünyada yaşadıqlarını yadda saxladılar.
Azərbaycanlılar da tarix boyunca yəhudilər kimi, birçox zülmlə, işğalla üzləşiblər. Ancaq, heç kim onları komfort zonalarından çıxara bilmir. Hələ də çar Rusiyasından qalma familiya sonluqlarından istifadə edirlər.

Diasporamız özləri-özlərinə danışır, daha çox olduqları ölkələrin biznes imkanları ilə maraqlanırlar.

İmkanlı şəxslər müğənniyə pul xərcləməyi başucalığı sayır, elmə-maarifə-təqaüdə vəsait lazım olanda "ah-uf" edirlər.

İnternetdə video var idi, Rusiyada yaşayan azərbaycanlı tacirlər bahalı maşınlarla konvoy halında hava limanına, toya çağırdıqları ara müğənnisini qarşılamağa gedirlər, ədəb-ərkanla, böyük ciddiyyətlə.
Valideyinlər uşaqlara təmtəraqlı ad günü keçirir, ən yaxşı repetitorları tutur, ancaq ümumi dünyagörüşünün inkişafı illə maraqlanmırlar.

Universitetlərin ölkənin fikri və sənaye həyatına təsiri demək olar ki, yoxdur, ancaq hər ay siyahının üst tərəfinə doğru düzxətli bərabəryeyinləşən hərəkət edirlər.

Jurnalistikaya dair tədbirlərin sayı hesabı yoxdur, ancaq şeyxnəsrullahlar meydan sulayırlar.

Valideyn uşağının yaxşı təhsil alması üçün əlindən gələni edir. Təhsilin kölgə iqtisadiyyatı rəsmi iqtisadiyyatını bir neçə dəfə üstələyir, ancaq qocalar bütün mövqelərdən dörd əlli yapışıb, gənclərin öz ölkələrində potensiallarını reallaşdırmağa imkan vermirlər və s.

Nəticədə, bacarıqlı insanların uğurlarını izah etmək üçün cürbəcür konspirasiya nəzəriyyələri və şəhər əfsanələri uydururlar.

# 389 dəfə oxunub

Oxşar xəbərlər

HPV virusu haqqında gerçəklər - Qız anaları bunları mütləq bilməlidir!

HPV virusu haqqında gerçəklər - Qız anaları bunları mütləq bilməlidir!

15:06 24 iyun 2025
"Sevdiyin qadının şəklini çək, paylaş!" - Cəlil Cavanşir

"Sevdiyin qadının şəklini çək, paylaş!" - Cəlil Cavanşir

15:00 24 iyun 2025
Məhbus yoldaşını zorlanmadan xilas edən azərbaycanlı rəssam

Məhbus yoldaşını zorlanmadan xilas edən azərbaycanlı rəssam

14:30 24 iyun 2025
Çingiz Fərzəliyev:  "Xalq rəssamı adı versəydilər, etiraz etməzdim" - Müsahibə

Çingiz Fərzəliyev: "Xalq rəssamı adı versəydilər, etiraz etməzdim" - Müsahibə

14:06 24 iyun 2025
Milli Kitabxanada sərgi açıldı

Milli Kitabxanada sərgi açıldı

14:02 24 iyun 2025
Milyarderin toyuna görə yollar bağlandı

Milyarderin toyuna görə yollar bağlandı

13:45 24 iyun 2025
# # #