Fransada yerləşən "Les Pradelles" mağarasında tapılan sümükləri yenidən tədqiq edən alimlər təxminən 60-50 min il əvvəl bu ərazidə yaşamış neandertalların ən azı üç fərqli dövrdə öz növünü yemiş ola biləcəyini göstərən yeni dəlillər aşkar ediblər.
Kulis.az xəbər verir ki, araşdırmada mağarada tapılan 20 mindən çox şimal maralı sümüyü ilə yanaşı, ən azı 8 Neandertal fərdinə aid qalıqlar analiz edilib.
Sümüklər üzərindəki kəsik və parçalanma izləri onların daş alətlərlə emal edildiyini göstərir.
Tədqiqatçılar mağarada əvvəllər müəyyən olunmamış daha beş neandertal sümüyü aşkar ediblər.
Qalıqların böyük hissəsini kəllə, çənə sümükləri və dişlər təşkil edir ki, bu da arxeologiyada kannibalizmin əsas göstəricilərindən biri sayılır.
Ən diqqətçəkən məqam isə işlənmiş Neandertal sümüklərinin tək bir çöküntü qatında deyil, fərqli təbəqələrdə tapılmasıdır.
Bu da hadisənin təksəfərlik olmadığını, minilliklər ərzində ən azı üç ayrı vaxtda təkrarlandığını göstərir.
Bununla belə, alimlər vurğulayırlar ki, kannibalizm neandertalların pəhrizində çox kiçik yer tutub və mağaradan əsasən ovlanan şimal marallarının parçalanması üçün düşərgə kimi istifadə olunub.
Alimlərdən yeni kəşf - Qədim insanlar bir-birilərini yeyirdilər?
Oxşar xəbərlər
Rəşad Məcidə ağır itki üz verdi
10:33
15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi
17:46
14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq
16:55
14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”
16:01
14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı
14:12
14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?
14:00
14 noyabr 2026