“Twitter” indi türkcə və rusca danışır

“Twitter” indi türkcə və rusca  danışır
27 aprel 2011
# 09:31
İstifadəçi sayına görə dünyanın ikinci ən böyük sosial şəbəkəsi olan “Twitter”in dilərinə sırasında rus və türk dilləri əlavə olunub.

Kulis.az “Twitter”in rəsmi bloquna istinadən xəbər verir ki, bu dillər iki ay öncə “Twitter” in Tərcümə Mərkəzinə əlavə edilib. Aprelin 26-da isə istifadəçilərin ixtiyarına verilib.

Bundan qabaq isə “Twitter”i ancaq 7 dil seçimi var idi: ingilis, alman, fransız, yapon, koreya, italyan, ispan. Bunların sırasına türk və rus dillərinin artırılması azərbaycanlı istifadəçilər üçün də geniş imkanlar açır.

“Twitter”nizin dilini hesabınızdakı parametrlərdən (Settings) dəyişə bilərsiniz.

Qeyd edək ki, “Twitter”də hazırda 175 milyondan çox istifadəçi var. Dünyada bir çox məşhurlarların – prezidentlərin, sənətçilərin, yazıçıların, jurnalistlərin, idmançıların burada hesabları var. Onların yazdıqlarını milyonlarla tvitterçi izləyir.

Azərbaycanda aktiv “Twitter” istifadəçilərinin sayı isə təxminən 1500 nəfərdir. Ancaq bu rəqəm sürətlə artır.


Günel Əsgərzadə
# 2597 dəfə oxunub

Oxşar xəbərlər

Milyonlarla insan tarixi astronomik hadisəni izlədi - Fotolar

Milyonlarla insan tarixi astronomik hadisəni izlədi - Fotolar

15:20 13 avqust 2026
15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası"

15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası"

14:20 13 avqust 2026
“Yenidən doğulan torpağın övladları” layihəsi həyata keçirilir

“Yenidən doğulan torpağın övladları” layihəsi həyata keçirilir

13:50 13 avqust 2026
"Söz vermirəm ki, səni hər zaman sevəcəyəm" –  “Give me something” necə yarandı?

"Söz vermirəm ki, səni hər zaman sevəcəyəm" – “Give me something” necə yarandı?

12:30 13 avqust 2026
“Krosna” qrupunun solisti vəfat etdi

“Krosna” qrupunun solisti vəfat etdi

11:50 13 avqust 2026
“Avroviziya”dan yeni qərar – Gərgin geosiyasi vəziyyətlə bağlı

“Avroviziya”dan yeni qərar – Gərgin geosiyasi vəziyyətlə bağlı

11:30 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər