“Yüksələn ulduz” adıyla məşhurlaşan italiyalı musiqiçi Leticia Moreno 12-16 avqust tarixlərində Türkiyənin Bodrum şəhərində keçirilən musiqi festivalında çıxış edəcək.
Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya Dövlət Simfonik Orkestrinin müşayiəti ilə səhnəyə çıxacaq sənətçi 255 yaşlı skripkasında klassik Avropa musiqisindən nümunələr ifa edəcək.
Xatırladaq ki, onun məşhur skripkası 1762-ci ildə hazırlanıb.