Tiflis “Dünya kitab paytaxtı” elan olunur

Tiflis “Dünya kitab paytaxtı” elan olunur
22 aprel 2021
# 18:33

Tiflis aprelin 23-də UNESCO-nun “Dünya kitab paytaxtı” (World Book Capital) elan ediləcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Tiflis meriyası məlumat yayıb.

Bildirilib ki, sabah keçiriləcək mərasimlə bu status Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindən alınaraq Tiflisə təqdim ediləcək.

Gürcüstan paytaxtı bu statusu bir il müddətinə daşıyacaq.

Qeyd edək ki, UNESCO-nun “Dünya kitab paytaxtı” layihəsinə 2001-ci ildə start verilib. Layihə çərçivəsində UNESCO-nun “Dünya kitab paytaxtı” Madrid şəhəri seçilib.

# 1226 dəfə oxunub

Müəllifin son yazıları

# # #