Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü
24 noyabr 2026
# 17:46

“Ay yapım” istehsalı olan “Leyla: Hayat... Aşk... Adalet...” serialı Nyu-Yorkda keçirilən 54-cü Beynəlxalq “Emmy” Mükafatları mərasimində “Telenovela” nominasiyası üzrə qalib olub.

Kulis.az xəbər verir ki, keçən il "NOW" telekanalında yayımlanan ekran işi eyni kateqoriyada Türkiyədən namizəd göstərilən "Uzak şehir" serialını qabaqlayıb.

ABŞ-dən kənarda istehsal olunan televiziya layihələrinə verilən mükafatı serialın prodüseri Kərəm Çatay, rejissoru Hilal Saral və “Ay yapım”ın drama inkişafı üzrə meneceri Erdi İşıq birlikdə qəbul ediblər.

Bu qələbə şirkətin beynəlxalq “Emmy” mükafatlarındakı növbəti uğuru olub.

Belə ki, daha əvvəl qurumun "Kara Sevda", "Yargı" və "Deha" serialları eyni nominasiyada qalib gəlib, Haluk Bilginer isə "Şahsiyet" serialındakı roluna görə “Ən yaxşı aktyor” mükafatını qazanıb.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər