Məşhur rejissor Stiven Spilberq bu dəfə tamaşaçıları vəhşi Qərbin sərt və təhlükəli dünyasına aparmağa hazırlaşır.
Kulis.az xəbər verir ki, rejissor Kevin Barrinin “The Heart in Winter” romanı əsasında yeni film çəkəcək.
Ekran əsərinin ssenarisini isə “Qan olacaq” və “Maqnoliya” kimi filmlərlə tanınan Pol Tomas Anderson yazıb. Bu, Andersonun başqa bir rejissor üçün ssenari hazırladığı nadir layihələrdən biri olacaq.
Hadisələr 1891-ci ildə cərəyan edir. Mərkəzdə Tom Rurk və Polli Gillsipi adlı iki insanın sevgisi, qaçışı və onları təqib edən silahlı adamlarla mübarizəsi dayanır. Filmin aktyor heyətində Cessi Bakli, Killian Merfi və Mark Raylens kimi tanınmış simalar yer alacaq. Çəkilişlərin 2027-ci ilin qışında başlaması, filmin isə 2028-ci ildə nümayiş olunması gözlənilir.
Beləliklə, Spilberqin yaradıcılığında ilk dəfə vestern janrına müraciət etməsi kino dünyasının maraqla izləyəcəyi hadisələrdən birinə çevrilir.