Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq
24 noyabr 2026
# 18:44

Amerikalı məşhur müğənni Ariana Qrande “Eternal Sunshine” adlı konsert turunun səhnəarxası kadrlarını və canlı performanslarını əhatə edən konsert filmi üzərində çalışdığını açıqlayıb.

Kulis.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında "Eternal Sunshine" mahnısını ifa etdiyi qısa video paylaşaraq ekran işinin tezliklə "Peacock" platformasında təqdim olunacağını bildirib.

Layihənin rejissoru Qrande ilə daha əvvəl "Brighter Days Ahead" qısametrajlı filmində və musiqi kliplərində əməkdaşlıq etmiş Kristian Breslauer, montajçısı isə Beyonsenin "Homecoming" və "Black Is King" kimi məşhur layihələri ilə tanınan Endryu Morroudür.

6 iyun 2026-cı ildə Kaliforniyada start götürən, ABŞ, Kanada və Böyük Britaniyanın iri şəhərlərini əhatə edən konsert turu 1 sentyabrda Londondakı “The O2 Arena” tədbiri ilə yekunlaşıb.

Müğənni tur müddətində yaratdığı "Brighter Days Ahead" fondu vasitəsilə Böyük Britaniyadakı "LGBTQ+" icmalarına da dəstək göstərib.

Qeyd edək ki, filmin dəqiq yayım tarixi hələlik açıqlanmayıb.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər