Məryəm fiquru olan iki min illik mozaika ələ keçirildi

Məryəm fiquru olan iki min illik mozaika ələ keçirildi
13 iyun 2024
# 17:30

Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda tarixi əsər qaçaqmalçılığı əməliyyatı zamanı Məryəm fiquru olan iki min illik mozaika ələ keçirilib.

Kulis.az xəbər verir ki, jandarma qrupları Reşatbet məhəlləsində yaşayan S.K-nın ünvanında əməliyyat keçirib.

Evdə aparılan axtarış zamanı üzərində iki min il yaşı olan Məryəm fiquru olan mozaika bloku aşkarlanıb.

Mozaikanı satmağa cəhd etdiyi iddia edilən S.K. saxlanılıb.

Əsər Manisa Muzey Müdirliyinə təhvil verilib.

Ülvi Bahadır

# 380 dəfə oxunub

Müəllifin son yazıları

# # #