Anlaşılmayan mətn, əlaqəsiz epizodlar, uğursuz hekayə - Müzakirə

Anlaşılmayan mətn, əlaqəsiz epizodlar, uğursuz hekayə - Müzakirə
22 noyabr 2023
# 16:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Malik Atilayın “Qeyri-ciddi tragediya” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Xudavi - Rəvan Cavid

Rəvan Cavid:

"Eksperimental hekayədir. Yenidir. bəyəndiyim tərəfi o oldu ki, hadisələr nizamı yoxdu. Biz öyrəşmişik, sapa düzülmüş muncuq misalı hekayələr oxuyaq. Bu, xaosun yaratdığı təhkiyədir. Bəyənmədiyim tərəfi o oldu ki, müəllif hadisələri izləyə bilmir. Oxucunun izləyə bilməməsi, müəllifin buna imkan verməməsi üslub ola bilər, ancaq təhkiyəçinin özünün hadisələrə yuxarıdan baxa bilməməsi xətadır".


Literaz.com | Rəqsanə Süleyman. Onların həyatı. r e s e n z i y a

Rəqsanə Süleyman:

"Hekayənin əsas xətasını süni biçimdə işlənməyində gördüm. Bir yenilik, bir eksperiment və ya yazılanlara izahvermə xətrinə başlıqlar var. Diqqətçəkən yeganə tərəf isə mövzudur. Tamamlanmayan eskizlərdir".

Bu, sosial müdafiə yox, sosial hücumdur - Gənc yazıçıdan etiraz

Təvəkkül Boysunar:

"Hekayə mənə bir qədər qəliz və anlaşılmaz görsəndi. Amma maraqlı, kiçik detallar da var idi. Düşünürəm ki, nəsrdə faciəvi notlara çox meyl etmək bəzən uğurla nəticələnmir. Faciəvi notlar olanda da müəllif gərək bunu öz əsərində elə həll etsin ki, oxucu o faciəyə baxmayaraq, əsərdən zövq alsın, hadisənin ağırlığı ona mənfi təsir etməsin. Müəllifə uğur arzulayıram".

Qırmızı ayaqqabılar - Orxan Həsəni

Orxan Həsəni:

"Malik Atilayın bu hekayəsindən heç nə başa düşmədim. Hekayə nə demək istəyir? Bir-birindən əlaqəsiz epizodlar hekayəni yaratmaq iqtidarında deyil. Bu, müəllifdən oxuduğum ikinci uğursuz hekayədir".

# 1599 dəfə oxunub

Müəllifin son yazıları

# # #