Rusiyanın Əməkdar artisti vəfat etdi

Rusiyanın Əməkdar artisti vəfat etdi
22 fevral 2023
# 18:40

Rusiyanın əməkdar artisti, Lenkom teatrının aparıcı aktyoru Boris Çunayev vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə teatrın ədəbi-dram hissəsinin rəhbəri İrina Qoryunova məlumat yayıb.Sənətçinin ölüm səbəbi hələ məlum deyil.

Çunayev 1967-ci ildən teatrda fəaliyyət göstərib. O, Mark Zaxarovun “Til”, “Xatirə duası”, “Vicdan diktaturası”, “Juno” və “Avos” kimi tamaşalarda oynayıb.

Teatr nümayəndələri aktyorun ailəsinə və yaxınlarına başsağlığı veriblər.

Aktyorun filmoqrafiyasında 22-dən çox rol var. Onların arasında Çunayevin “Daş baş”, “Qağayı”, “Oliqarx”, “Detektiv Dubrovskinin dosyesi”, “Xatirə duası”, “Son gün”, “Əjdahanı öldür”, “Qocanın balladası” filmlərindəki rolları daha məşhurdur.

# 997 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #