Məşhur Rusiyalı müğənni İosif Kobzon xəstəxanaya yerləşdirilib.
Kulis.az rus saytlarına istinadən xəbər verir ki, bu barədə müğənninin mətbuat katibi açıqlama yayıb.
Onun sözlərinə görə, İ.Kobzonun səhhətində ciddi təhlükə olmasa da müalicəyə ehtiyacı var.
- “Yarımçıq əlyazma” bu dəfə italyan dilində
- Akademik Milli Dram Teatrı beynəlxalq festivaldan qayıdıb
- Stiven Kinq "The Flash" filmini tərifləyir
Müğənninin həyat yoldaşı Ninel Kobzon da “360” televiziya kanalına danışarkən qeyd edib ki, həyat yoldaşının vəziyyəti yaxşıdır.
Xatırladaq ki, həkimlər 2005-ci ildə Kobzonda xərçəng xəstəliyi aşkar etmişdilər. O, bir dəfə əməliyyat olunub və hazırda həkimlərin nəzarəti altında yaşamağa davam edir.