Azərbaycanlı tələbələr Parisdə musiqi qrupu yaradıblar

Azərbaycanlı tələbələr  Parisdə musiqi qrupu yaradıblar
11 iyun 2024
# 13:07

Alfred Korton adına “École Normale de Musique de Paris” musiqi məktəbinin iki azərbaycanlı tələbəsi klassik musiqini yenidən gündəmə gətirməyi qərara alıb.

Kulis.az xəbər verir ki, Ağarəhim Quliyev (fleyta) və Eldəniz Ələkbərzadə (piano) klassik musiqilərə, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinə yeni nəfəs vermək məqsədilə “Duo Avey” adlı qrup və onun internet səhifəsini yaradıblar.

Son iki ildə bəzi konsertlərdə birgə çıxış edən azərbaycanlı gənclər klassik musiqini, xüsusilə də unudulmuş musiqiləri yenidən gündəliyə gətirmək üçün birgə fəaliyyət göstərməyi qərara alıblar.

Qeyd edək ki, onların repertuarında Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev kimi bəstəkarlarımızın əsərləri də yer alacaq. Gənc musiqiçilərin məqsədi Azərbaycan bəstəkarlarının zəngin irsini daha geniş auditoriyaya tanıtmaqdır.

# 387 dəfə oxunub

Müəllifin son yazıları

# # #