"Azərbaycan xovsuz xalçası" innovativ maarifləndirici veb-tətbiqi hazırlanacaq

"Azərbaycan xovsuz xalçası" innovativ maarifləndirici veb-tətbiqi hazırlanacaq
15 iyul 2023
# 16:00

“Azərbaycan xalçaçıları” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Azərbaycan xovsuz xalçası" innovativ maarifləndirici veb-tətbiqin yaradılması layihəsinin icrasına başlayıb.

Kulis.az xəbər verir ki, layihə ötən il keçirilmiş “Regionlarda xalçaçılıq sənətinin inkişafına dəstək” layihəsinin davamı kimi nəzərdə tutulub.

“Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın rəhbərliyi ilə keçirilmiş toplantı zamanı İB üzvləri layihənin məqsədi və məramı haqqında məlumatlandırılıb.

Bildirilib ki, layihə həmçinin mədəni irsimizi yaşatmaq, təbliğ etmək və araşdırmaq baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, layihə çərçivəsində həyata keçiriləcək ustad dərsləri, görüşlər insanlar arasında xovsuz xalçalara marağı artırmaqla yanaşı, ondan müasir dizaynda istifadə imkanları haqqında fikir mübadiləsi imkanı yaradacaq. Bu istiqamətdə fəaliyyət planı hazırlanaraq, işçi qrupu yaradılıb və hazırda məlumatların toplanılması mərhələsinə başlanılıb.

# 757 dəfə oxunub

Müəllifin son yazıları

# # #