Suraxanı rayonunda “Kəlağayı festivalı” keçirildi

Suraxanı rayonunda “Kəlağayı festivalı”  keçirildi
25 sentyabr 2024
# 18:34

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin “Sazlı, sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində “Kəlağayı Festivalı” keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva festivalla bağlı fikirlərini bölüşüb.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru şair, publisist Güllü Eldar Tomarlı xalqımızın milli dəyəri kəlağayının mənəvi dünyamızdakı yerindən, yaraşıq və gözəllik rəmzi olmasından söhbət açıb.

Tədbir çərçivəsində mövzu ilə bağlı sərgi təşkil olunub.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

# # #