“Cəhənnəm sakinləri” yenidən Akademik Milli Dram Teatrının səhnəsində

“Cəhənnəm sakinləri” yenidən Akademik Milli Dram Teatrının səhnəsində
5 fevral 2024
# 14:20

Fevralın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Cəhənnəm sakinləri” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı mərhum sənətkar, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqovdur.

Əsər tragikomediya janrında səhnələşib.

# 560 dəfə oxunub

Müəllifin son yazıları

# # #