Gənc yazar hospitala yerləşdirildi  

Gənc yazar hospitala yerləşdirildi  
12 iyun 2013
# 12:08

Hazırda hərbi xidmətdə olan yazar Şəhriyar Del Gerani hospitala yerləşdirilib.

Bu barədə Kulis.Az-a yazarın dostları məlumat veriblər.

Onların sözlərinə görə, Şəhriyar Del Geranini hospitalda bel ağrılarından əziyyət çəkdiyinə görə müalicə olunur.

Yazar burada təxminən bir həftə qalacaq.

Milli Kitab Mükafatında "Ən yaxşı gənc yazar" nominasiyasına layiq görülmüş Şəhriyar Del Gerani ötən il İranda həbs edilmiş, bir neçə ay həbsdə olmuşdur.

# 1777 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #