Müşfiq Abbasovla görüş keçirilib

Müşfiq Abbasovla görüş keçirilib
19 may 2025
# 14:55

Sumqayıt şəhərində tanınmış detektiv yazıçı Müşfiq Abbasovla görüş keçirilib.

Kulis.az xəbər verir ki, "Manifest" kitab mağazasında baş tutan görüşdə yazıçının "Şeytanın siması, "Qan haqqı", "Mənfi 4" əsərləri müzakirə olunub.

Müşfiq Abbasov oxucularının suallarını cavablandırmaqla yanaşı son günlər cəmiyyətdə müzakirə olunan bir sıra xüsusilə ağır cinayət hadisələrinə öz münasibətini bildirib, eyni zamanda təhsil, əxlaq, gənclərin tərbiyyəsi, ailə dəyərləri və sair önəmli mövzulara toxunub.

Qeyd edək ki, görüşün sonunda yazıçı öz kitablarını oxucular üçün imzalayıb, xatirə şəkilləri çəkdirilib.

# 146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #