Aysel Ağamalıyeva: “Bahar”-Ən qısa hekayə

Aysel Ağamalıyeva: “Bahar”-Ən qısa hekayə
24 dekabr 2013
# 10:00

Kulis.az Aysel Ağamalıyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bahar” (408 işarə) hekayəsini təqdim edir.

O… Yenə o bahar, yenə o pəncərə, yenə həmin küçə... Və yenə o küçədən keçən həmin adamlar... Nəhayət, pəncərə önündə dayanan o qız... Təzəcə vurulmuşdu, gözləri yol çəkirdi sevgisindən... içini qəhər bürümüşdü...

Qəfil: "Bəs niyə gəlmədi,haralardadır?"-deyib, həyəcandan titrədi! Artıq o küçədən keçən adamlar da ona bənzəyirdi, lakin bircə o yox idi... Artıq axşam düşür, alatoranlıqdır... Və kimsə sonuncu dəfə yenidən o küçəni keçir...! Deyəsən o idi!!! Sevinir və gedir...

# 1637 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #