Əlisəmid Kürün doğum günüdür - ŞEİR

Əlisəmid Kürün doğum günüdür  - ŞEİR
8 fevral 2016
# 13:25

Bu gün şair Əlisəmid Kürün doğum günüdür. Kulis bu münasibətlə şairi təbriki edir və onun məşhur bir şeirini diqqətinizə çatdırır.

Sonrası nə ola-ola

Çölün dumanında azıb qalasan,

Bir qoyun sürüsü otlayan yerdə.

Əlini dizinə çırpıb qalasan

Ürəyin buz kimi çatlayan yerdə.

Sonrası... sonrası nə ola-ola.

Ocağın da sönə, düşəsən dərdə,

Yanasan, öz tüstün başından çıxa.

Bıçağın sümüyə dirənən yerdə

Cibindən pas atmış bıçağın çıxa.

Sonrası... sonrası nə ola-ola.

Əynində quruya nimdaş köynəyin,

Tənhalıq içində canın sıxıla.

Görəsən sinəndə bir daş göynəyir,

Qəfildən bir quzu sənə qısıla...

Sonrası... sonrası nə ola-ola.

Quru çörəyini böləsən yarı...

İllah da bir yandan duman, çən ola.

Qurbanlıq quzusan, quzu qardaşım!

Bıçağımdan qorxma...

Sonrası... sonrası nə ola-ola.

# 916 dəfə oxunub

Müəllifin son yazıları

# # #