Heminqueyin “Qadınsız kişilər” kitabı nəşr edilib

Heminqueyin “Qadınsız kişilər” kitabı nəşr edilib
3 fevral 2015
# 16:04

“Tərcümə Mərkəzinin kitabları” seriyasından olan növbəti nəşri – Ernest Heminqueyin “Qadınsız kişilər” kitabı işıq üzü görüb.

Azərbaycan Tərcümə Mərkəzinin bədii ədəbiyyat həvəskarlarına təqdim etdiyi əsərlər toplusu Heminqueyin müxtəlif dövrlərdə qələmə aldığı hadisələri, Birinci və İkinci Cahan savaşları arasındakı tarixi mərhələnin mənzərələrini əks etdirir.

Topluya “Qadınsız kişilər” hekayələr silsiləsi ilə yanaşı, “Ya var, ya yox” romanı, həmçinin, Afrika mövzusunda yazılmış məşhur “Kilimancaro qarları” və “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” hekayələri də daxil edilib.

Kitabın tərcüməçisi Mahir N. Qarayevdir.

# 929 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #