Vasif Abdullayev: “Səs” -Ən qısa hekayə

Vasif Abdullayev: “Səs” -Ən qısa hekayə
18 dekabr 2013
# 17:00

Kulis.Az Vasif Abdullayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Səs” (384 işarə) hekayəsini təqdim edir.

Meşə və Səs...

XEYR!

Bu səs – yaşıl meşədə addımlayarkən, bizi heyrətləndirən, duyğularımızı canlandıran quş və heyvanların, çay və şəlalələrin, ayaqlarımız altında xışıldayan yarpaqların səsi deyil...

Bu səs, soyuq qış gecəsində borusu bacaya yönəldilmiş, qara, köhnə bir buxarıdan yandırılan odunun səsinə bənzəyir...

BU SƏS, bir ağacdan hazırlanmış milyon kibrit dənəsindən yalnız biri vasitəsilə yandırılan milyonlarla ağacın səsidir...

# 3065 dəfə oxunub

Müəllifin son yazıları

# # #