İkinci Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı müsabiqəsi başlayır

İkinci Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı müsabiqəsi başlayır
5 oktyabr 2015
# 09:48

Türkiyə ədəbiyyatının öndərlərindən, dünya şairi Nazim Hikmət Ranın xatirəsinə həsr edilən İstanbul Şeir Akademiyasının, Rumıniya Pen Klubunun və Odessa Meçnikov Milli Universitetinin təşkilatçılığı ilə həyata keçirilən İkinci Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı müsabiqəsi həvəskar və professional şairlərin, poeziya sevərlərin yolunu gözləyir.

Müsabiqəyə qatılan bütün iştirakçılara İkinci Beynəlxalq Nazim Hikmət Antologiyası hədiyyə ediləcək. Qalibə isə 5000 TL pul mükafatı veriləcək. Şeirlər türk, rus, alman və ingilis dillərində qəbul edilir. Mövzu və janr seçimi azaddır.

Müsabiqənin münsiflər heyətində Ayşənur Öktən İzgin, Gülbin Özər, Fərid Muhiç, Zeynəb Naxçıvanlı, Ercin Lidia Cherieliuc yer alıb. Şeirlər 05 oktyabr – 16 noyabr 2015-ci il tarixlərində qəbul ediləcək.

Şeirlərinizi [email protected][email protected] mail adreslərinə yollaya bilərsiniz.

Sim-sim.az

# 1017 dəfə oxunub

Müəllifin son yazıları

# # #