“Xalqın şairi” müsabiqəsinin aqibəti bir həftə sonra bilinəcək

“Xalqın şairi” müsabiqəsinin aqibəti bir həftə sonra bilinəcək
1 iyun 2018
# 13:34

“Bir həftədən sonra geniş açıqlama verəcəm”. – bu sözləri Kulis.aza açıqlamasında “Xalqın şairi” layihəsinin rəhbəri Mübariz Əsgərov söyləyib.

Xatırladaq ki, ARB Tv-də yayımlanan və böyük maraq doğuran “Xalqın şairi” müsabiqəsinin nəticələri hələ də gecikir. İştirakçılar, verilişin izləyiciləri nəticələrin gecikməsi ilə bağlı narahatlıqlarını dilə gətirirlər.

Verilişin aparıcısı Mübariz Əsgərov əvvəlki açıqlamasında yaxın zamanda qaliblərin açıqlanacağını demişdi:

“Finalın gecikməyində səbəblər çoxdu. Məndən asılı olmayan səbəblərdi. Ancaq final olacaq. Özü də çox möhtəşəm final olacaq”.

Kulis.az məsələ ilə bağlı Mübariz Əsgərovla əlaqə saxladı. Tanınmış aparıcının sözlərinə görə, gecikmənin səbəbi texniki məsələlərdi:

“Texniki məsələlər həll olunandan sonra hər şey qaydasına düşəcək. İndi danışıqlar gedir. Müəyyən problemlər üzə çıxıb. Mən bir həftədən sonra mətbuata geniş açıqlama verəcəm”.

# 866 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #