Nuridə Allahyarova: "Kukla Teatrında yoxlama davam etdirilmir"

Nuridə Allahyarova:  "Kukla Teatrında yoxlama davam etdirilmir"
6 yanvar 2023
# 16:20

Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar davam etdirilmir.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edən Nuridə Allahyarova “facebook”da paylaşım edib.

O bildirib ki, Azərbaycan Dövlət Kukla Teatrında yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb: "Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

# 1169 dəfə oxunub

Müəllifin son yazıları

# # #