Kürəyimə divar iz salıb

Kürəyimə divar iz salıb
16 noyabr 2016
# 16:05

Xəyalə Əliyeva

40-cı gün

Bura məhbəsdi

zülmətə dəfn edilib yaşamaq yanğısı ilə torpağı qazan,

ölü bildiyinəm...

barmaqlarım qan içində...

bəyaz libasım qan qırmızı

Bura soyuqdur...

Buz divarlara cəhənnəm müjdəsi bəs etmir, dost...

bir otaqlıq təklik buz kəsir əllərimi

Bir nəfəslik istilik sadəcə on barmaqlıq səadətdi.

Üşüyürəm...

Kürək söykəyəcəyim bir can yoxdu

Hamı kardı, hamı laldı bu viranada

Bilirsən...!? Kürəyimə divar iz salıb.

O izdən yoluxmuşam çürüməyə

qaçmaq istəyirəm bu xarabadan....

Barmaqlarım qan içində bəyaz libasım qan qırmızı

40-ci gündü, son gündü dost!

Gələn yoxdu...

Məni divar təsəlli edir...

Kürəyimə söykəyir ürəyini

Bilirsən divarında ürəyi var...

Düz sözümdü!

Hiss edirəm....

Sığındıqca ona, isinirəm

Bilirsən?! Divarın da dişi var məni çeynəyib udur...

ciddi sözümdür...

hiss edirəm zərrə zərrə yox oluram...

Tələs dost!

Tələs ziyarətimə gəl!

Varlığımda açmağa unutduğun qollarınla mənə bir ömürlük əlvidayla sarıl...

Bağışla...

Bura məzardı...

Lənətə gəlsin...

Çıxış yoxdu...

And olsun ki...ayrılığa... yoxsa qalxıb.

Məni öldürən yoxluğuna,

diriləcəm ümidi ilə sarılardım...

Bilirsən divarın ürəyi yox idi...

döyünən mənim ürəyim idi...

dost,

divar mənim ürəyimi udmuşdu ...

40-cı gün son gün idi...

Heç kim döymədi baş daşımı dost...

Sən də gəlmədin...

Bu böyüklükdə ölüm bir ziyarətə dəymədi...

Dəymədi, dost...Dəymədin...

# 1190 dəfə oxunub

Müəllifin son yazıları

# # #