Boşanmış qadın

Boşanmış qadın
21 aprel 2014
# 10:31

Tural Metesoy

Heç bir zaman dərdini deyəcək birini tapa bilməyəcəksən

Hürriyyət şərbəti içməyib

Ruhuna rahatlıq axtarmadan

Tənələrin müstəmləkəsindən qurtulmayanadək

Sən, ey boşanmış qadın!

Əyninə keçirilən ağ gəlinlik kəfən kimi görülürsə çox gözlərdə

O gözlər sənin çəkilmiş əzablarını necə görsün?

Hər əxlaqsızın əxlaq tələbləri qarşısında

Azadlığın boğulduqca

Himayədarlıq iqtidarında bitəcək, tükənəcək

Sən ey boşanmış qadın!

Sakitlik tapırsansa hər yalqız gecələrinin göz yaşlarilə

Bil ki, sabah günəşinin nurları səni əzmək üçün

Yeni günə səsləyir

Axtarma o zaman sakitlik və sükutunla hüzuru

Gizlənmə sənə edilən

Süni himayədarlıq təklifləri arxasında

Başını dik tutub baxmağı bacar

Hər iyrənc tənəli, kinayəli gözlərə

Və yanlarından keçib gedərək

Ayağının altına atıb əz tulla zibil kimi

Əhəmiyyət vermə hər deyilən sözlərə

Sən, ey boşanmış qadın !

# 2841 dəfə oxunub

Müəllifin son yazıları

# # #