Ayna Məmmədova
Biz qadınlar qəribə məxluqlarıq, valah da, billah da....
Hər şey istəyirik, bəzən heç nə eləmirik, amma heç vaxt bir şey istəmirik, birdən istəyirik...
Qurmağı istəyəndə qururuq, istəməyəndə dağıdırıq hər şeyi...
Hər şeyin icraçısı bizik...
Kişinin elə adı var..
Bəzisinin elə o da yoxdu...
Heç bir qadın özünə azacıq xeyir olmayan bir işə qol qoymaz...
Kişilərin xəyanətində də birbaşa günahkar bizik. Özümüzü təmizə çıxardırıq, bilə-bilə aldananlar da bizik, çünki aldanmaq istəyirik hərdən...
Bir rəfiqəm ərini cırıq corabda, hisli-paslı maykada işə yola salırdı, guya bu xəyanətin qarşısını alırmış. Kişi də belə görüb bəlkə də heç vaxt etmədiyi xəyanəti edirdi - arvadının “zəhmətini” yerə vurası deyildi a...
Bütün xəyanət planlarını biz cızırıq, başına qapaz vurub” Rusyetə” göndərən də bizik. Sonra rus qızları “qapazladı” deyirik...
Kişi də Nataşa üçün də, Olqa üçün də pul qazanır, bircə arvadına pul yollamır - ona portmanat kimi baxan Fatmanisəsinə...
Biz kişilərə portmanat kimi baxanlarıq...
Bütün hər şey əlimizin altından keçir, amma əlimizdən bir şey gəlmir deyirik.
Rus qadınını bir güllə ovundurmaq olurkən biz villalarda yaşamaq istəyirik. Sevgi şeirlərini də bəzən lağa salıb gülürük...
Bircə siqareti damağında, özündən deyən kişilərə təslim oluruq – adını qoyuruq “biz zəifik” axı...
Bəzən zəif sözündən də zəhləmiz gedir...
Kişilərə bəzən yazığım gəlir. Hərdən “yaxşı at özünə qamçı vurdurmaz deyirlər”- neyləsinlər gücləri buna çatır...
Əslində onlar nə istəyirlər ki, bir damcı nəvaziş, bir “qismat” çörək...
Hələ üstəlik hamısından da dəniz qoxusu gəlir- bunun nəyi pisdi ki?
Bütün tənhalıqların səbəbi biz qadınlarıq...
Tənha qadın gözəl görünür, tənha kişi isə üstünü toz basmış şifonerə oxşayır...
Düzdü bir az tozunu silən kimi adamın üstünə gəlir...
Əslində elə sizə düz eləyirik - bax hərdən belə də deyirik. Budu əsl qadın xisləti.
Amma siz bizləri sevin, çünki biz seviləndə ayaqlarımız daha çox yer alır...
P.S. Sadaladığım xüsusiyyətlərin hamısı bir qadında cəmləşməsə də, hamımızda bundan bir tikə var....