70-ci London Film Festivalı musiqili komediya ilə başa çatıb.
Kulis.az xəbər verir ki, Cessi Ayzenberqin ssenarisini yazdığı və rejissoru olduğu "The Debut" filminin baş rolunda Culianna Mur çəkilib.
Film həyatında yeni məna və ünsiyyət axtaran, yerli teatr tamaşasında rol alan utancaq Nyu-Cersi evdar qadını Monanın hekayəsindən bəhs edir. Ekran işində Ayzenberqin yazdığı yeddi orijinal mahnı səslənir. Festivalın əsas müsabiqəsində isə ukraynalı rejissor Sergey Loznisanın "İmperium" filmi ən yaxşı film mükafatına layiq görülüb.