"Xanımın qәlbi şüşә kimidir, bәrkliyini yoxlamaq istәsәn sına bilәr"
Xanım olmaq incәlik , biz xanımlar da incә mәxluquq . Elә bu sәbәbdәn incәliklәrinә görә dә bizlәrә qayğı göstәrmәk , baş tacı etmәk әks cins nümayәndәlәrinin borcudur. Çünki onların bunu edib-etmәmәyindәn asılı olmayaraq biz verdiyimiz sözә әmәl edirik : Onların qayğısına qalırıq.
Bәli , zәrif, incә mәxluq kimi yaradılma xanıma, qadına mәxsus keyfiyyәtdir . Mәhz bu zәriflik dә ali varlıq tәrәfindәn xanımlara verilәn ilahi hәdiyyәdir, bәxşişdir. Tәbii hәr bir cәmiyyәtdә müsbәt cəhətlərlə yanaşı neqativ nüanslar da var.
Problemlәrdәn yan qaçmaq qeyri-realdır.
Әziz oxucu ! Bax elә bu qeyri-reallıqların bir kәsimi dә әvvәldә qeyd etdiyim zәrif, incә xanımlarımızın әgәr belә demәk mümkünsә başında çartlamasına sәbәb olur.
Hәmçinin yaşadığımız cәmiyyәtdә xanımlara münasibәtin birmәnalı olmadığını etiraf etmәk mәcburiyyәtindәyәm. Onlara qarşı hәdsiz çәrçivәnin olması əlbəttə ki dar düşüncәnin məhsuldur . Tәhsilini ali tam, ali natamam, orta tam vә ya orta natamam şәkildә başa vurmasından tutmuş ucqar kәnd , dağ başında hәr şeydәn xәbәrsiz hәyat keçirәn qadınlarımıza qәdәr hәr kәs qeyd etdiyim mәhdudluqla rastlaşır . Mәsәlәn әgәr sәn xanımsansa, müasirliyә inteqrasiyadan söhbәt belә gedә bilmәz. Xanımsansa uzun libas geymәli , hәtta başqalarının ayaqlarını tapdalayacaq olsan belә gözlərini yerә dikilmәli , ailә hәyatı qurdunsa ömrünü tәhsilә sәrf edib , sonda bunun nәticәsi olaraq aldığın diplomunu qatlayıb bir kәnara qoymalı, karyera haqqında fikirlәşmәmәli , yatağı mәtbәxlә paylaşmaq, üst başından , saç telindәn yağ soğança qoxusu gәlmәlidir ki , sәni normal namuslu qadın hesab etsinlәr .
Әgәr sәn rәsmi olaraq hәyat yoldaşından ayrılmısansa ,( buna el arasında boşanma da deyirlәr) onda mәsәlә lap kәllә-çarxdadır. Boşanmış qadın toy mәclislәrindә qol aldırıb oynaya , yubkanın әtәyini bir mm olsa belә qaldıra bilmәz, qırmızı dodaq boyasından normadan bir qәdәr çox istifadә edә bilmәz .
Bәli, bәli bu dediklәrimi qeyrәt , namusdan şaqqanaq vurub danışan, bunları gәlәcәk hәyat yoldaşları üçün (bәlkә dә artıq var) rәyini dә almadan birmәnalı qәbul elәmiş dırnaqarası köhnә kişilәr edirlər ki, onların bu tәәssübkeşliyi dә psixi pozuntunun patologiya yәni normadan kәnara çıxma , qeyri-normallıq hәddidir. Bu faktı mәn yox, peşəkar psixoloqlar deyir .
Hәtta bu "köhnә kişilәrin "sosial şәbәkәlәrdә qeydiyyatdan keçәn qızlara sәtiraltı yanaşmaları da faktdır. "Yaxşı qız burada olmaz, evdәkilәrә xörәk bişirәr " deyәn bu "Köhnәlәrә" sual vermәk lazım: "Tanışlıq üçün hәr yoldan keçib müraciәt etdiklәriniz xanımlar deyilmi ? Bәs evlәndiklәriniz, seçdiklәriniz kim vә ya kimlәrdir? "
İnternet resurslarında qeydiyyatdan keçәnlәrlә evlәnmәrәm deyәnlәr , nә oldu iradәniz bir ürәyiniz isә başqa bir söz söylәdi?!
Yazının әvvәlində boşanmış xanımlar haqqında bәzi fikirlәr qeyd etmişdim .
Yenә dә vurğulayıram: Bәli , bu tiplәr mini әtәkdәn yararlana , şadlıqlarda şәnlәnә bilmәz. Bu faktdır . Әks tәqdirdә "әxlaqsız, yaxşı qadın olsaydın ayrılmazdın "deyәrәk pozğun brendini yapışqansız yapışdıracaqlar sәnә. Hәlә üstәlik bu markanın üzәrindәn milyon , milyard dәfәlәrlә çәkic baltayla vuracaqlar ki , acgöz hәvәslә qoyduqları bu damğa qopub düşmәsin. Özünә bәrk yer elәsin. Hәr zaman izlәsin sәni. Bu baxımdan yay axşamları havalarını dәyişәn, bayquşgözlü , dişlәrinin arası günәbaxan tumluqadınlarımızın rolu yüksәkdir. Onlar hәm dә süni reytinq artımına kömәk edәn canlı mexanizmlәrdir. "VAAAAY, saat 20 21 radәlәrindә filankәsin qızı avtobusdan düşdü, dükandan çıxdı . Şok ! Şok ! Şok !”, “Yasda nә verdilәr yemәyә?!”, “Toyda stolun üstündə nәlәr olacaq ?" Bir xәbәri tez bir zamanda küçә mәhәllә vә nәhayәt bütün qәsәbә boyu yayanlardır bunlar hәm dә . Hәrdәn onları görәndә insan bir dәnә dә şou-proqram statusu olan TV açmaq istәyir ki , kimin sözü var, kim kimlә üzlәşmәk istәyir bura üz tutsun.
Qadın böyük qüvvәdir deyiblәr. Bәs bu böyüklük niyә bu kimi halları müsbәtә doğru yönlәndirmir? DӘYİŞӘK HӘ BӘS NӘYİ ... BӘLKӘ DÜŞÜNCӘNİ?!