Dərzidən çox “pərdə” tikən həkimlər

Dərzidən çox “pərdə” tikən həkimlər
18 mart 2013
# 09:52

Pərviz Əkbər

Qurtulum

yazmaq istəyirəm, bir neçə cümlə.
İçimdən nə gəlsə, yazım qurtulum.
Fərqi yox, tərs düşər, yazdığım kimlə.
Kiməsə bir məzar, qazım qurtulum.

Nə işim, qız kimi. "oğlanlar" ilə.
"Qızlar"ın "pərdəsi", qalmayıb belə.
Onlara bircə ad, qoymadan hələ,
rədd edim başımdan, yozum... qurtulum.

Axtarır mesajda, yazmağa pozğun.
Qızlar guya ki, yem, oğlanlar quzğun.
Mənə də, qız yazıb: - bir az ol azğın...
Məndə, mənliyimi, pozum qurtulum?

Siğə edən, molla görər cənnəti?
Min alimin boşa gedər zəhməti?
Bir əmmamə, alıb o zaman qəti,
düzgün olan, yoldan azım qurtulum...

Görün yaşayırıq, hansı dövrdə
həkimlər dərzidən çox tikir “pərdə”.
Elə bir neçəsini, mən də bu şeirdə.
"zorrayıb" çəkərək, nazın qurtulum...

Pərviz Əkbər yanar, alov içində.
Mollalar yaslarda, plov içində.
Qaqaşlar barlarda, min "ov" içində.
Mən necə bir ömür, susum: "Qurtulum"?

İnsanlığı dəyişdirin!...

Bu necə düzəndir? Necə zamandır?
İnsan oğlun, insanlıqla barışdırın,
nə edirsiniz, edin! Tezcə amandır.
Yubanmayın, insanlığı dəyişdirin,

yoxsa!?..
Aləm dağılacaq!..
Tək tük yerdə olan-qalan, insanlıq da,
yoxa çıxsa,
yeni, dəhşət doğulacaq!
Onu adı olmayacaq,
gizli-gizli qalmayacaq,
qurtarmağa gələcəyi,
təmiz qəlbi qoruyaraq,
simalara gülüş verin,
yavaş-yavaş,
aram-aram demədən
İnsanlığı dəyişdirin!

Doğru nədir anlamırıq,
doğruları oğrularla,
oğruları doğrularla
səhv salırıq...
Düşünmürük özgələri,
kimlər necə yaşayacaq,
nə acları,
naəlacları
düşünmərik...
əyri yoldan çəkindirən,
dostları da sevmərik,
cinsi yırtıq,
üzü sırtıq,
tamam artıq, insanlarla
dostlaşırıq,
beyinlərə, həqiqəti yerləşdirin,
İnsanlığı dəyişdirin!

Vaz keçilsin öldürməkdən,
insanları güldürməkdən
xoş nə var ki?
Yol verməyin hər nadana,
ki, təsir edər hər insana,
bir dostyana,
mərd mərdana,
min dastana,
yarayacaq igidləri məhv etməyə,
insanları səhv etməyə,
məcbur edən nadanları,
düz olmağa,
işləyərək yorulmağa,
saf su kimi durulmağa,
alışdırın,
düz yol gedin,
nəsə edin,
insanlığı dəyişdirin!

Əl-ələ tutmaq üçün,
dərdləri unutmaq üçün.
Dərdlini ovutmaq üçün.
Qəlblərə yol tapın!
Düz sözlər danışaraq,
düzgün sözə yanaşaraq.
Sevgini ayıltmaq üçün.
Ürəkləri birləşdirin.
Şirin sözlər qoşaraq.
İnsanlığı dəyişdirin.

# 2701 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #