Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi keçirilib - Foto

Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi keçirilib - Foto
22 oktyabr 2026
# 12:21

Bakıda rəssam Rəfail Əlizadənin fərdi yaradıcılıq sərgisi keçirilib.

Kulis.az xəbər verir ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə V.Səmədova adına sərgi salonunda təşkil olunub.

Sərgidə Rəfail Əlizadənin rəngkarlıq və qrafika əsərləri, eləcə də teatr, kino və televiziya sahələrindəki yaradıcılıq nümunələri təqdim edilib.
Tədbirdə rəssamın 80 illik yubileyi də qeyd olunub. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Rəfail Əlizadəni yubileyi və fərdi sərgisinin açılışı münasibətilə təbrik edib.

Təbrikdə bildirilib ki, Rəfail Əlizadə 40 ildən artıq müddətdə Azərbaycan Televiziyası və Radiosunda quruluşçu və tərtibatçı rəssam kimi fəaliyyət göstərib. O, bu illər ərzində çoxsaylı televiziya tamaşalarına bədii tərtibat verib, orijinal geyim eskizləri hazırlayıb və ölkənin təsviri sənətinin inkişafına töhfələr verib.

Qeyd olunub ki, rəssamın rəngkarlıq və qrafika əsərləri respublikada və xaricdə təşkil olunan sərgilərdə dəfələrlə nümayiş etdirilib, diplom və mükafatlara layiq görülüb. Onun yaradıcılığında milli və ümumbəşəri sənət ənənələri, yüksək sənətkarlıq və estetik məziyyətlər öz əksini tapıb.
Fərhad Xəlilov rəssama cansağlığı, uzun ömür, tükənməz ilham və bədii yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıb.
Tədbir sənətsevərlərə rəssamın yaradıcılığı ilə yaxından tanış olmaq, onun sənət dünyasını və müxtəlif istiqamətlərdə ərsəyə gətirdiyi əsərləri görmək imkanı yaradıb.

Rəfail Əlizadə çıxış edərək bildirib ki, sərgiyə təqdim edilən 80-dək sənət əsərində təbiət mənzərələri, vətənpərvərlik, humanizm və xeyirxahlıq kimi mövzular əks olunub. Onların arasında xüsusilə Qarabağa aid - “Ruhumuz buradadır”, “Ana dağı”, “Qarabağ xalçası”, “Qarabağ atları”, “Şəhid şəhər”, “Zəfər şahidi”, tele tamaşalardan isə “Günahsız Abdulla”, “Mürafiq vəkilləri”, “Ürəkdə baş-başa” rəsm əsərləri sərgi iştirakçılarının marağına səbəb olub.

Uzun illərin zəhmətinin məhsulu olan sənət əsərlərindən ibarət sərgidə rəssamın sənət dostları, ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Rəfail Əlizadə 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2016-cı ildə rəssamın 70 illik yubileyinə həsr olunmuş fərdi sərgisi də V.Səmədova adına Sərgi salonunda təşkil edilib və geniş ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

# 86 dəfə oxunub

Oxşar xəbərlər

Hilma af Klintin nadir əsəri hərraca çıxarılır

Hilma af Klintin nadir əsəri hərraca çıxarılır

13:00 22 oktyabr 2026
Edvard Hopperin ilk rəsmləri ilə bağlı sirr açıldı - Altı  əsər başqasından köçürülüb?

Edvard Hopperin ilk rəsmləri ilə bağlı sirr açıldı - Altı əsər başqasından köçürülüb?

12:20 22 oktyabr 2026
Devid Boui ilə Nina Simonenin virtual dueti - Tanınmış rejissorun səs sərgisində

Devid Boui ilə Nina Simonenin virtual dueti - Tanınmış rejissorun səs sərgisində

12:00 22 oktyabr 2026
Üzeyir bəyin Parisdə qalan qardaşı – Ceyhun Hacıbəyli niyə ömrünün sonunadək Vətənə qayıda bilmədi?

Üzeyir bəyin Parisdə qalan qardaşı – Ceyhun Hacıbəyli niyə ömrünün sonunadək Vətənə qayıda bilmədi?

12:00 22 oktyabr 2026
Şüşə qablar, sənaye qalıqları və gündəlik əşyalar...  - Parisdə qeyri-adi sərgi

Şüşə qablar, sənaye qalıqları və gündəlik əşyalar... - Parisdə qeyri-adi sərgi

11:40 22 oktyabr 2026
Məşhur musiqi qrupunun meneceri həbs oluna bilər - Səbəb

Məşhur musiqi qrupunun meneceri həbs oluna bilər - Səbəb

11:20 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər