Kulis.az Sadiq Qurbanzadənin şeirlərini təqdim edir
Qəhvəyi qapı
Ensiz pillələrdən aşağı
Mənə doğru təəccüblü fikirlər
Qaynar, çirkli küçələr.
Tər qoxulu avtobus
Yorğun , həvəssiz polis
Və əlindəki saxta plasmas
Havasız, tələskən, səbirsiz vaqon
Necədə mən kimi !!!
Döyüntülərim qaça-qaçda
Uzaq qonağım artıq yaxında
Bəlkədə eyni səbirsiz vaqonda
Bəlkədə vaqonumuzda!
Qapılar açılır!
Məndə, Yeni bir Dünyaya !!!
***
Sənsiz bir günəş batırmaq istəmirəm daha
Batıracaq bir özüm qaldım, birdə Sən!
Gedəcək yerimdə qalmadı başı boş heyatda
Nə burada.... Nədə orada....
Bilmirəm.
Bəlkə yenə də bahalı cümlələr qururam, sən demiş
Yarısı yalan, yarısı ilan, yarısı da mənə bənzər.
Adını bilmədiyim yerlərə baxıb səni çəkərəm
Səmalara yazı göndərərəm hər səhər.
Bəlkə oxuyub, utanıb yağış yağdırarsan quraqlığıma
Yalnız bu səhər nə vardısa içimdə qalan
Yazmadım Səmalara.
Saxladım içimdə....
Səni saxladığım kimi....
Soruşma məni!
Hardayam? Necəyəm?
Həminki yerimdəyəm
Qucağımda bir yığın kin-küdurət
Bəyaz şimşəklər sanki məni güdür
Yoxsa məni səndənmi qoruyurlar?
Soruşma məni!
Hardayam ? Necəyəm?
Məndən dayanacağı soruş!
Qəribə gəldi hə?
Nə dayanacaq ? - deyə təəccüb doğacaq qaşların
Sonra...
Sonra bir qədər düşünəcəksən.
Amma əfsus!
Kimlər tapdı ki itirdiklərini?
Kimlərin əzbərində qaldı ki cırıq vərəqlərdəki şeirlər?
Hə?
Xatırladınmı? Yox!
Tapdınmı? Yox!
Əziyət çəkmə, mən deyim....
İlk baxışdığımız dayanacağı deyirəm.
Sonralar bizim oldu...
Daha sonra təkcə mənə qaldı o dayanacaq....
İndi isə bilmirəm...
Yoxdu! Köhnəlmişdi ! Dağıtdılar!
Eyni mənim kimi!
Köhnəlmişdim...Dağıtdın!
Elə ona görədə soruşma məndən!
Hardayam ? Necəyəm?
Yağış sonrası islanmış divardakı kölgələrimizi soruş.
Hə o yan-yana olan kölgələrimizi.
İndi inan ki heç biri yoxdu.
Nə o islaq divar
Nə də ki kölgələrimiz
Nə sən ordan keçirsən
Nə də mən sənsiz o küçələrdən
Ona görədə soruşma məni!
Hardayam? Necəyəm?
Varammı? Yoxammı?
Nədi ?
İnsanlığın düşüb yadına?
Yuxularına ağ paltarla gəlirəm?
Arxanca kölgə tuturam?
Adım səslənir söz eşitməz qulaqlarında?
Nə axtar, Nə soruş məni…
Hardayam. Necəyəm …